"Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş" imzalanmışdır

İyulun 18-də Bakıda Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının dördüncü iclası çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının dördüncü iclasının Protokolu" imzalanmışdır. 
Azərbaycan Respublikası tərəfdən Baş nazirin müavini Abid Şərifov və Çin Xalq Respublikası tərəfdən kommersiya nazirinin müavini Conq Şanın həmsədrliyi ilə keçən iclasda iki ölkə arasında iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi, komissiyanın üçüncü iclasından sonra görülmüş işlər barədə müzakirələr aparılmışdır.
Qeyd olunmuşdur ki, dinamik inkişaf edən iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 50,57 faiz artaraq 926 milyon ABŞ dollarına çatmışdır. 2010-cu ildə Azərbaycandan Çinə ixrac 2,6 dəfə, oradan idxal isə 21 faiz artmışdır.
Son illər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri sürətlə inkişaf edir. İctimai-siyasi sabitliyə, zəngin təbii sərvətlərə, əlverişli biznes və investisiya mühitinə malik Azərbaycan dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Çin sərmayədarları üçün cəlbedicidir. Hazırda Çinin bir neçə nüfuzlu şirkəti Azərbaycanda iqtisadiyyatın informasiya-kommunikasiya texnologiyaları, energetika, tikinti materiallarının istehsalı, nəqliyyat, infrastruktur və digər sahələrində uğurla fəaliyyət göstərirlər.
Hazırda Çindən Azərbaycana əsasən elektrik avadanlığı, müxtəlif maşın və mexanizmlər, kimya və toxuculuq sənayesi məhsulları, Azərbaycandan Çinə isə neft və neft məhsulları, xüsusi təyinatlı mühərriklər, əczaçılıqda və ətriyyatda istifadə üçün müxtəlif bitkilər və s. ixrac olunur. İndiyədək iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində müqavilə-hüquq bazası xeyli təkmilləşdirilmişdir. Belə ki, 1992-ci ilin aprelində diplomatik əlaqələr yaradılandan sonra Azərbaycan və Çin hökumətləri arasında iqtisadi-ticarət sahəsində 10-dan çox sənəd imzalanmışdır. Bu sənədlərin bir çoxu ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi və Prezident İlham Əliyevin 2005-ci ildə dövlət səfəri zamanı imzalanmışdır. Həmin səfərlər iki ölkə arasında əlaqələrin inkişafına böyük təsir göstərmişdir.

{nl}

AzərTAc

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında