Taxıl biçini. Şəki rayonunda yüksək nəticələr əldə olunur

Dövlət Statistika Komitəsi Baş Hesablama Mərkəzinin direktoru Şahbala Məmmədovdan aldığımız məlumata görə, iyul ayının 11-i vəziyyətinə mexanizatorlar 705120 hektar sahədə taxıl biçinini yekunlaşdırmışlar. Bu, ölkə üzrə ümumi payızlıq və yazlıq dənli-paxlalı bitkilər əkininin 75 faizini təşkil edir. Fermerlər və fərdi torpaq sahibkarları hər hektardan orta hesabla 24,5 sentner taxıl yığaraq, 1 milyon 729 min 496 ton məhsul tədarük etmişlər. Taxıl biçini ilə əlaqədar bütün göstəricilər keçən ilin müvafiq dövründəki rəqəmlərdən xeyli çoxdur.
Qiymətli ərzaq bitkisi sayılan buğda tədarükündə daha ürəkaçan göstəricilər əldə edilmişdir. İndiyədək tədarük olunan taxılın 1 milyon 152 min 336 tonu buğdadır. Buğda sahələrinin hər hektarından 25,1 sentner məhsul götürülür. Bu, keçənilki göstəricidən hər hektarda 5,2 sentner çoxdur. Hələ məhsulu yığılmamış 200959 hektar buğda sahəsi qalır. Mövsümün sonunadək daha 500 min tondan çox məhsul əldə ediləcəyi gözlənilir.
Buğda sahələrinin hər hektarından götürülən məhsulun miqdarına görə Şəmkir rayonunun fermerləri və fərdi torpaq sahibkarları 39,4 sentner göstərici ilə birinci yerdə gedirlər. Daha 9 rayonda hər hektardan 30 sentnerdən yuxarı məhsul götürülür. Ümumiyyətlə, taxılçılıqla məşğul olan rayonların 24-də hər hektardan respublika səviyyəsindən çox buğda yığılır. Hesabat gününədək ən çox buğda Şəki rayonunda tədarük olunmuşdur - 94747 ton. Bu göstəriciyə görə Cəlilabad taxılçıları ikinci yerdə (82412 ton), saatlılılar isə üçüncü yerdə (53446 ton) gedirlər. Daha 13 rayon orta hesabla hərəyə 30 min tondan çox buğda tədarük etmişdir.
Xəbər vermişdik ki, Şəki və Neftçala rayonlarının taxılçıları məhsul istehsalında 100 min tonluq həddi keçmişlər. Neftçala rayonunda biçin yekunlaşsa da, Şəkidə bu iş davam etdirilir. Fermerlər və fərdi torpaq sahibkarları indiyədək 69852 hektar zəminin 45348 hektarında məhsul yığımını başa çatdırmışlar. Rayon üzrə hər hektardan 35,8 sentner taxıl götürülərək, 162511 ton arpa və buğda tədarük olunmuşdur. Payızlıq və yazlıq dənli paxlalı bitkilər əkininin hələ 35 faizində məhsul yığılacaqdır. Deməli, Şəki rayonu əməkçilərinin bu il üçün məhsul istehsalını 200 min tona çatdırmağa yaxşı imkanları vardır.
Vaxtilə taxıl istehsalında qazanılan rekord nəticələrə görə Azərbaycanın Ukraynası adlandırılan Cəlilabad rayonunda indi də ənənə davam etdirilir. Burada çalışan sahibkarlar biçin başlanandan bəri 66079 hektar sahənin 63250 hektarında arpa və buğda yığımını başa çatdırmışlar. Rayon üzrə 88480 ton taxıl tədarük olunmuşdur. Cari ildə cəlilabadlılar da 100 min tonluq həddə çatmaq imkanına malikdirlər.
Respublikada 11 rayonun hər biri indiyədək 50 min tondan çox taxıl tədarük etmiş, 12 rayon isə biçini yekunlaşdırmışdır. Daşkəsən və Gədəbəy rayonları istisna olmaqla, qalan bütün yerlərdə taxıl biçininin qızğın vaxtıdır.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında