Qeyri-neft sektorunun inkişafında informasiya texnologiyaları sektorunun əhəmiyyətli rolu var

İlin birinci yarısının yekunlarına görə ölkə iqtisadiyyatı təqribən 1 faiz, qeyri-neft sektoru 7,2 faiz artmışdır. Bu isə onu göstərir ki, ölkədə real sektor inkişaf edir və neftdən asılılıq azalır. Dünya təcrübəsinə əsasən qeyri-neft sektorunun inkişafında informasiya texnologiyaları sektorunun əhəmiyyətli rolu vardır.
Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyulun 16-da ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında danışmışdır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişaf perspektivlərindən bəhs edən nazir bildirmişdir ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz artaraq 591,8 milyon manata çatmışdır. Ölkədə ümumi daxili məhsulda İKT, poçt və informasiya sektorunun payı 1,8 faiz olmuşdur.
Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 67,9 faizi mobil operatorların payına düşmüş, ötən ilin müvafiq dövrünə nisbətən artım tempi 5,6 faiz təşkil etmişdir.
Əli Abbasov ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması, rabitəçilərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, hesabat dövründə nazirlik üzrə 172 yeni iş yeri açılmış, rabitəçilərin orta aylıq əməkhaqqı 286,4 manat təşkil etmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,22 faiz çoxdur. Hazırda respublika üzrə orta aylıq əməkhaqqı 351,3 manat təşkil edir. Nazir ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərdən, həyata keçirilən investisiya layihələrindən də danışmışdır. Ölkənin telefon şəbəkəsi tam elektronlaşdırılmış, genişzolaqlı xidmətlərə çıxış imkanları yaradılmışdır. Məktəblərin təxminən 90 faizi kompyuterləşdirilmiş və onların 40 faizinin İnternetə çıxışı təmin edilmişdir.
Sonra kollegiya iclasında ilin birinci yarısının yekunlarına dair məruzə dinlənilmişdir. Bildirilmişdir ki, nazirliyin strukturuna daxil olan birlik və müəssisələrdə altı ayda 155,2 milyon manat gəlir əldə edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18,3 faiz çoxdur. Dövlət büdcəsinə 17,4 milyon manat, Dövlət Sosial Müdafiə Fondunun hesabına 7 milyon manat vəsait ödənilmişdir. İKT, informasiya və poçt sektoruna 95,8 milyon manat sərmayə qoyulmuşdur. Bu göstərici ötən illə müqayisədə 2 dəfə çoxdur və bütövlükdə ölkə iqtisadiyyatına qoyulan sərmayənin 2,1 faizini təşkil edir.
İclasda "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezident İlham Əliyevin 2011-ci il 23 may tarixli fərmanının icrası ilə bağlı görülmüş işlərdən də danışılmış, respublikada vahid yeddirəqəmli nömrələnmə sisteminə keçid haqqında məlumat verilmiş, cari məsələlər müzakirə olunmuşdur.
Kollegiya iclasında Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilən göstərişlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında