"Elektron hökumət"in tətbiqi ilə bağlı fəaliyyət proqramı hazırlanır

"Elektron hökumətin" tətbiqi korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayacaqdır. Bu sahədə həyata keçirilən tədbirlər avqustun sonunadək yekunlaşacaqdır. İşlər ardıcıl davam edərsə, sentyabrda "elektron hökumət" fəaliyyətə başlayacaqdır. 
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə "elektron hökumət"in formalaşdırılması üzrə aparılan işlərdən danışmışdır: "Əsas məqsəd elektron hökumətin qurulması istiqamətində elektron imza sisteminin hazırlanaraq istismara verilməsidir. Bütün dövlət qurumları göstəriləcək elektron xidmətlərin siyahısını nazirliyə təqdim edəcəklər. Bu işlər yekunlaşdırıldıqdan sonra fəaliyyət proqramı hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaqdır".
Nazir "Elektron hökumət"in vətəndaşların müraciətlərinə baxılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına, onların elektron xidmətlər göstərməsinə, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətdə ciddi tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman imzalamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında