Bakıda "Xəzər Enerji Dialoqu-2011" Beynəlxalq qaz konfransı keçirilmişdir

İyulun 15-də "Park İNN-Azərbaycan" mehmanxanasında 5-ci Bakı Yay Enerji Məktəbi çərçivəsində "Xəzər Enerji Dialoqu-2011" Beynəlxalq qaz konfransı keçirilmişdir. 
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev "Xəzər təbii qazı: cari tendensiyalar və gələcək ssenarilər" mövzusuna həsr olunan konfransın əhəmiyyətindən danışmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu enerji siyasətinin həyata keçirildiyini vurğulayan rektor bu siyasətin təməlinin ulu öndər tərəfindən qoyulduğunu bildirmişdir. "Azərbaycanın xarici siyasəti ilə enerji siyasəti bir vəhdət yaratmışdır", - deyən H.Paşayev ölkəmizin uğurlarının məhz enerji siyasətində həyata keçirilən addımlarla çox sıx əlaqəli olduğunu diqqətə çatdırmışdır. ADA hazırda enerji məsələlərinə xüsusi diqqət yetirir və gələcəkdə də yetirəcəkdir.
Sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev demişdir ki, enerji təhlükəsizliyi və beynəlxalq bazara inteqrasiya məqsədi ilə enerji resurslarının nəqlində şaxələndirmə məsələləri qurumun əsas prioritetlərindəndir.
Ölkəmizdə həyata keçirilən layihələrdən danışan R.Abdullayev bildirmişdir ki, 1999-cu ildə kəşf olunmuş "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir, hazırda burada gündəlik hasilat təxminən 23 milyon kubmetr qaz və 5 min ton kondensatdır. Artıq yatağın ikinci mərhələsinin işlənilməsinə hazırlıq gedir. Bu mərhələ üzrə inkişaf konsepsiyasına əsasən əlavə hasilat ildə minimum 16 milyard kubmetr səviyyəsinə çatdırılmalı, 30 hasilat quyusu istismara verilməli, yeni platforma və kommunikasiya sistemləri tikilməlidir. İkinci mərhələ üzrə ilk qazın hasil olunması 2017-ci ilə planlaşdırılır. Layihənin müvəffəqiyyətlə həyata keçirilməsi respublikanın daxili tələbatının ödənilməsinə və Azərbaycanın qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilməsinə imkan vermişdir.
Həyata keçirilən tədbirlər nəticəsində qaz hasilatı 2004-2010-cu illərdə 5,2 dəfə artaraq 5 milyard kubmetrdən 26 milyard kubmetrə çatdırılmışdır. Aparılan hesablamalara əsasən, Azərbaycanın təsdiq olunmuş çıxarıla bilən karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 milyard ton, proqnoz karbohidrogen resursları isə 10 milyard ton həcmindədir. Araşdırmalar göstərir ki, bu gün respublikanın quru və dəniz əraziləri üzrə qazmaya hazırlanmış fondda 40-a yaxın struktur vardır.
ARDNŞ-in daxili resurslar hesabına "Ümid" perspektiv strukturunda uğurlu nəticə əldə etdiyini vurğulayan şirkətin prezidenti yatağın çıxarıla bilən ehtiyatlarının 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirildiyini də diqqətə çatdırmışdır.
Ölkəmizdə digər böyük perspektiv qaz yataqlarının da olduğunu deyən R.Abdullayev qeyd etmişdir ki, görülən işlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. Artıq 2015-ci ildə ölkə üzrə qaz hasilatının 30 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur. Bu isə, regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunu qarşıdakı illərdə daha da artıracaqdır.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirmişdir. İclaslarda xarici ölkələrin bu sahə üzrə səlahiyyətli nümayəndələri, ekspertlər regionun enerji sahəsində həyata keçirilən siyasətin mövcud vəziyyəti və perspektivlərini müzakirə etmişlər.
Konfrans Yay Enerji Məktəbinin son günündə keçirilmişdir. Ümumilikdə, yay məktəbində 17 ölkədən 41 nəfər iştirak etmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında