Harri Saçinis: İTGİ Azərbaycanın strateji maraqlarına tam cavab verir

İyulun 15-də "Hyatt-Regency-Naxçıvan" mehmanxanasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Yunanıstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Yunanıstanın DEPA qaz şirkəti idarə heyətinin sədri Harri Saçinisin mətbuat konfransı keçirilmişdir.
Tədbirdə H.Saçinis Azərbaycanın dünya enerji bazarında getdikcə layiqli yer tutmasını xüsusi vurğulayaraq, ölkəsinin Azərbaycanla bu sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir. "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti arasında anlaşma memorandumu"nun əhəmiyyəti qeyd edilmiş, Yunanıstanla Azərbaycan arasında enerji sahəsində inkişaf edən münasibətlərin bugünkü yüksək səviyyəyə çatmasında şirkətlər arasında əməkdaşlığın böyük rol oynadığı diqqətə çatdırılmışdır. H.Saçinis Yunanıstanın Azərbaycandan birbaşa təbii qaz almaq istəyinin reallaşmasında, bu məqsədlə Türkiyə-Yunanıstan-İtaliya (İTGİ) qaz kəmərinin tezliklə istismara verilməsində maraqlı olduğunu söyləmişdir: "DEPA İTGİ sisteminin sponsorlarından biridir. İTGİ Azərbaycanın Avropaya qaz nəqlinə tam dəstəyini göstərir və eləcə də Azərbaycanın strateji maraqlarına tam cavab verir. Layihənin gücünü ildə 24 milyard kubmetrə çatdırmaq mümkündür. Yunanıstanla İtaliya arasındakı kəmərin buraxılış gücünü əlavə xərclər tələb olunmadan 12 milyard kubmetrdən 16 milyard kubmetrə çatdırmaq olar. Paralel olaraq Yunanıstanı Bolqarıstanla birləşdirən qaz kəmərinin gücünü də 3 milyard kubmetrdən 5 milyard kubmetrə çatdırmaq mümkündür. Bu işlər 2014-cü ilədək başa çatdırıla bilər".
İdarə heyətinin sədri bildirmişdir ki, İTGİ layihəsinin həyata keçirilməsinin Azərbaycanın qaz-kondensat yatağı olan "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin müddəti ilə əlaqələndirilməsi planlaşdırılır. Gələcəkdə əlavə qaz həcmi və bütün lazımi müqavilələr olsa, "Cənub dəhlizi"nin həyata keçirilməsinin ikinci mərhələsində "Nabukko" və ya digər qaz kəmərləri tikilə bilər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında