Mərkəzi Bank "Pul nişanlarının ekspertizasının təşkili və aparılması" mövzusunda seminar keçirmişdir

Azərbaycanın Mərkəzi Bankı "Azərpoçt" MMC-nin maliyyə xidmətləri həyata keçirən əməkdaşlarının pul nişanları sahəsində nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə "Pul nişanlarının ekspertizasının təşkili və aparılması" mövzusunda seminar keçirmişdir.
Seminarda milli valyuta - manatın mühafizə fəlsəfəsi və elementləri haqqında məlumat verilmişdir. Daha sonra əhalidən yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi qaydaları müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, əhalidən ödənişlər üçün pul nişanlarının qəbulu və dəyişdirilməsi "Mərkəzi Bank haqqında" Qanuna və Mərkəzi Bankın "Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları"na əsasən həyata keçirilməlidir.
Seminar praktiki hissə ilə yekunlaşmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında