Qəbələdə beynəlxalq seminar-iclas işə başlamışdır

İyulun 12-də Qəbələ şəhərindəki "Qafqaz Riverside" hotelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşkilatçılığı ilə "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi çərçivəsində ilk beynəlxalq seminar-iclas işə başlamışdır. Azərbaycan, Rusiya, Çin, Türkiyə və Qazaxıstanın aparıcı mobil operatorları nümayəndələrinin iştirak etdiyi tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə layihənin ümumi məqsədləri, perspektivləri barədə məlumat vermişdir.
Bildirmişdir ki, ölkəmizin başçısı İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş və Azərbaycanın, eləcə də region ölkələrinin inkişafına xidmət edə biləcək TASİM layihəsi barədə 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü iclasında xüsusi qətnamə qəbul edilmişdir. Layihə müasir texnologiyalar əsasında qlobal internet magistrallarına çıxışı təmin etmək və Qərblə Şərq arasında qısa yolla informasiya axınını təşkil etmək, vətəndaşların informasiya texnologiyalarına və resurslarına çıxışını asanlaşdırmaq məqsədi daşıyır. Bu məqsədlə RİTN-də layihə idarəetmə qrupunun yaradıldığını qeyd edən Elmir Vəlizadə layihənin reallaşdırılmasına maraq göstərən müxtəlif ölkələrin telekommunikasiya operatorları ilə görüşlərin keçirildiyini bildirmişdir.
Tədbirdə "Rostelekom"un nümayəndəsi Yevgeni Sekerin, "Kaztranskom"un nümayəndəsi Aleksandr Kislitsin, "TurkTelecom"un nümayəndələri Nəcəti Kaya, Ali Emir Eren və "ÇinTelecom"un nümayəndəsi Sia Vey çıxışlarında ölkələrinin telekommunikasiya sektorundakı mövcud vəziyyət, gələcək planlar və layihələr haqqında məlumat vermişlər. Sonra ekspertlər tərəfindən hazırlanmış TASİM layihəsinin ümumi, texniki və hüquqi konsepsiyaları müzakirə edilmiş, layihənin reallaşdırılması üçün atılacaq addımların müəyyən edilməsi istiqamətində fikir mübadiləsi aparılmış, layihənin həyata keçirilməsi üçün yaradılacaq konsorsiumun formalaşdırılması və onun maliyyələşdirilməsi məsələləri müzakirə edilmişdir.
Tədbirin ikinci günü - iyulun 13-də TASİM layihəsi üzrə baş qərargahı Bakıda yerləşəcək Daimi Katibliyin yaradılması və gələcəkdə birgə fəaliyyətin təşkili üçün Anlaşma Memorandumunun hazırlanması üzrə fikir mübadiləsi aparılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında