Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 1 milyard dollardan çoxdur

İyulun 11-də Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu (SUMR) arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 1-ci iclası keçirilmişdir. 
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Çin nümayəndə heyətinə isə SUMR-un partiya komitəsinin daimi komitəsinin üzvü, muxtar vilayət hökuməti sədrinin müavini Hu Vei rəhbərlik etmişlər.
İclasda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycanda dinamik iqtisadi inkişafa nail olunmuş, sahibkarlıq fəaliyyəti genişlənmiş, əlverişli investisiya və biznes mühiti yaradılmışdır.
Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 1 milyard dollardan çox olduğunu deyən N.Səfərov qeyd etmişdir ki, bunun üçdəbiri, yəni 350 milyon dolları Sincan Uyğur Muxtar Rayonunun payına düşür.
Sincan Uyğur Muxtar Rayonunun Partiya Komitəsi sədrinin müavini Hu Vei təmsil etdiyi region ilə Azərbaycan arasında sıx ticarət əlaqələrini diqqətə çatdırmış, ölkəsinin respublikamızla əlaqələrinin daha da genişlənməsində maraqlı olduğunu vurğulamış və bunun üçün hər iki dövlətin böyük potensiala malik olduğunu qeyd etmişdir. Qonaq Azərbaycan ilə ticarət dövriyyəsinin bu il daha da artacağını bildirmiş, bu rayonun Çinin şimal-qərbində yerləşdiyi üçün Azərbaycana daha yaxın olduğunu vurğulamışdır.
Bildirmişdir ki, işçi qrupunun yaradılması ikitərəfli iqtisadi əlaqələrin inkişafı, şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İclasda Azərbaycan və Sincan Uyğur Muxtar Rayonu arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikası və Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 1-ci iclasının Protokolu imzalanmışdır. Protokolda ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, gömrük, maliyyə, turizm, səhiyyə, həmçinin regional əməkdaşlığın inkişafı sahələrində əlaqələrin genişləndirilməsi və s. əksini tapmışdır. İşçi qrupunun 2-ci iclasının 2013-cü ilin birinci yarısında Urumçi şəhərində keçirilməsi barədə razılığa gəlinmişdir.
Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə işçi qrupu Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının qərarına uyğun olaraq yaradılmışdır. İşçi qrupunun iyulun 11-də keçirilən 1-ci iclası Azərbaycan-Çin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq xarakteri daşıyır.
Tədbir ikitərəfli görüşlərlə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında