Bakıda II Beynəlxalq sığorta forumu keçirilir

İyulun 7-də Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə II Azərbaycan Beynəlxalq sığorta forumu işə başlamışdır. 
Forumda Avropa və MDB-nin aparıcı sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri iştirak edirlər.
Tədbirin məqsədi ölkəmizin sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya prosesini inkişaf etdirməkdir.
Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirmişdir ki, forumun keçirilməsi artıq ənənə halını almışdır. Bu, Azərbaycanda gedən sürətli iqtisadi inkişafın təzahürüdür. Son 7 ildə dinamik və şaxələnən iqtisadi inkişaf tempi ilə irəliləyən Azərbaycanda əhalinin əmlakının artması, ölkənin maddi-texniki potensialının möhkəmlənməsi fonunda sığorta bazarının inkişafı üçün də əlverişli şərait yaranmışdır. Sığorta bazarı genişləndikcə xarici sığorta şirkətlərinin ölkəmizə marağı da artır.
2010-cu ildə ümumi sığorta haqlarının həcmi 155,6 milyon manat təşkil etmişdir ki, bu da 2003-cü illə müqayisədə 3,7 dəfə çoxdur. Cari ilin birinci rübündə isə sığorta haqlarının həcmi 30 faiz artmışdır.
Ötən il sığorta ödənişlərinin miqdarı 2003-cü illə müqayisədə 3,7 dəfə artmışdır. 2003-2010-cu illərdə sığortaçıların maliyyə sabitliyi və maliyyə dayanıqlılığı istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Sığortaçıların ümumi nizamnamə kapitallarının həcminin 8 dəfə artması bunun bariz nümunəsidir.
Sığorta şirkətlərinin nizamnamə kapitalı 18,4 milyon manatdan 150 milyon manatadək artırılmışdır.
Son 5 ildə Azərbaycan sığorta bazarının inkişafı və sığorta qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. 2006-cı ildə Azərbaycan Maliyyə Nazirliyi Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına üzv olmuş, 2008-ci ildə isə Azərbaycanda yeni sığorta fəaliyyəti haqqında qanun qəbul edilmişdir.
Ötən il isə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanun qəbul edilmiş və artıq tətbiqinə başlanmışdır. Nazir yaxın gələcəkdə sığorta bazarında bir sıra yeniliklərin tətbiqinin də nəzərdə tutulduğunu demişdir.
"AzRe" Təkrarsığorta Şirkəti idarə heyətinin sədri Çingiz Mehdiyev Azərbaycan sığorta bazarının hazırkı vəziyyəti barədə ətraflı məlumat vermişdir.
Tədbirdə 2008-2009-cu illərdə bütün dünyanı bürümüş iqtisadi böhranın sığorta bazarına təsiri, Azərbaycanın sığorta bazarının inkişaf perspektivləri və digər məsələlər müzakirə olunmuşdur.
Forum iki gün davam edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında