İstehlakçıların elektrik enerjisi ilə dayanıqlı təminatı yaxşılaşdırılır

Son illər Mingəçevir şəhərində istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm işlər görülmüşdür.
Xatırladaq ki, smart-kart tipli sayğacların kütləvi şəkildə quraşdırılması Gəncə şəhərindən sonra məhz Mingəçevirdə həyata keçirilmişdir. Bununla da, energetika şəhərində istehlakçıların elektrik enerjisi ilə təminatı üçün lazımi işlərin əksəriyyəti artıq öz həllini tapmışdır. Burada həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində istehlak edilmiş elektrik enerjisinin ödənişində də nəticələr yüksəkdir. Hazırda "Mingəçevir Elektrik Şəbəkəsi"nin kollektivi şəbəkənin texniki-istismar səviyyəsini daim nəzarətdə saxlayır, tədbirlər planına əsasən yenidənqurma işləri həyata keçirir.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatına görə, cari ilin beş ayı ərzində şəbəkə tərəfindən şəhərin 6 kV-lik 30 saylı hava xəttində dayanıqlığı yüksəltmək üçün üç ədəd yeni beton dayaq basdırılmış, bir kilometrə yaxın naqil dəyişdirilmişdir. Bundan əlavə, şəhərin N.Nərimanov prospektindəki 40 və 42 saylı binaları qidalandıran 04 kV-lik hava xəttindəki naqillər SİP kabeli ilə əvəz edilmişdir. Mingəçevir şəhərində su nasoslarının qəza vaxtı işləməsi üçün bir kilometrə yaxın 18 və 12 saylı xətlərarası yeni hava xətti çəkilmişdir. Hazırda Mingəçevir kəndindəki nasos qurğusuna 25-ci xətdən ikinci tərəf ehtiyat hava xəttinin çəkilişi davam etdirilir.
Şəhərdə aparılan abadlıq işlərində şəbəkənin kollektivi də yaxından iştirak edir. Məhz onların gücü ilə şəhərin "Dostluq" parkının yenidən qurulması ilə bağlı burada 250 KVA gücündə transformator qoyulmuş, Mingəçevir su anbarının sağ sahilində yaradılan parkın işıqlandırılmasını yaxşılaşdırmaq üçün iki ədəd beton dayaq basdırılmış və kabel xətti çəkilmişdir. Bununla yanaşı, Kür sahili ərazisində yaşayan məcburi köçkün və qaçqın ailələrinin enerji təminatının yaxşılaşdırılması üçün buraya SİP kabeli çəkilmiş, üç ədəd dayaq basdırılmişdır. Yaxın günlərdə isə ərazidə sayğac quraşdırılmasına başlanılacaq.
Yeri gəlmişkən, cari ilin ötən ayları ərzində şəhərin enerji təsərrüfatında digər mühüm işlər də həyata keçirilmişdir. Belə ki, transformator məntəqələrinin 20-də cari təmir işləri aparılmış, 2 ədəd transformator dəyişdirilmiş, 6 ədəd transformatora isə yağ əlavə edilmişdir.
Hazırda transformatorların ətraf hissələri alaq otlarından təmizlənir. Yeri gəlmişkən cari ilin beş ayı ərzində Mingəçevir şəhərində 356 istehlakçıya yeni sayğac quraşdırılmışdır.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında