Azərbaycanın valyuta ehtiyatlarının həcmi 40 milyard ABŞ dollarına çatıb

Azərbaycanın valyuta ehtiyatlarının həcmi 40 milyard ABŞ dollarına çatıb. Bu, ölkənin xarici borcunu 7 dəfə üstələyir. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçısı olan Azərbaycan diasporu nümayəndələrinin dövlət qurumlarının rəhbərləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, valyuta ehtiyatlarının 40 milyard dollar, illik büdcənin isə 20 milyard dollar olması Azərbaycanda iqtisadi inkişafın yüksək göstəricisidir.
Şahin Mustafayev Azərbaycanda sənayeləşmə prosesinin başlandığını qeyd edib. Bu proses zamanı dünyada öncül texnologiyaların Azərbaycana gətirilməsi, sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulub. Ş.Mustafayev bildirib ki, sənaye şəhərciklərinin Azərbaycanın Sumqayıt, Gəncə şəhərlərində və Bakının Qaradağ rayonunda yaradılması planlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında