Taxıl biçini. Şəki və Neftçala taxılçıları məhsul istehsalında 100 min tonluq həddi keçdilər

Son bir həftə ərzində ölkəmizdə mövcud olan 945142 hektar taxıl zəmisinin daha 21 faizində məhsul yığımı başa çatdırılmışdır. Dövlət Statistika Komitəsinin iyul ayının 1-nə olan məlumatına görə, biçin başlayandan bəri fermerlər və fərdi torpaq sahibkarları 527799 hektar sahənin məhsulunu toplamışlar ki, bu da payızlıq və yazlıq dənli paxlalı bitkilər əkininin 56 faizini təşkil edir. Respublika üzrə hər hektardan 24,2 sentner taxıl götürülmüş, xırmanlara 1 milyon 276 min 395 ton arpa və buğda daşınmışdır. Bu, keçən ilin müvafiq dövründəki göstəricilərdən müvafiq surətdə hər hektarda 3,7 sentner və 69 min 694 ton çoxdur.
Taxıl biçinində Şəki və Neftçala rayonlarının fermerləri daha çox fərqlənirlər. Şəkililər becərdikləri 69852 hektar zəminin hələlik 27174 hektarında biçin aparmışlar. Hər hektardan 37,9 sentner məhsul toplayan fermerlər və fərdi torpaq sahibkarları taxıl istehsalını 102 min 958 tona çatdırmışlar. Keçən ilin eyni dövrü ilə müqayisədə hər hektardan 19,6 sentner çox məhsul toplanılır. İndiyədək tədarük olunan arpa və buğdanın miqdarı isə keçən ildəkindən təqribən 31 min tondan çoxdur.
Neftçala rayonunun taxılçıları məhsul biçinini artıq qurtarmışlar. 40071 hektardan 101 min 580 ton arpa və buğda götürülmüşdür. Hər hektardan 25,4 sentner məhsul götürülmüşdür. Rayon üzrə tədarük olunan taxıl keçənilki göstəricidən 10 min ton çoxdur. Abşeron, Bərdə, Kəlbəcər, Qubadlı rayonları da neftçalalılar kimi məhsul biçinini yekunlaşdırmışlar.
Bərdə rayonunun taxılçıları bu il diqqətəlayiq nəticələr əldə etmişlər. Rayon üzrə məhsulu biçilmiş 14725 hektar zəminin hər hektarından 29,7 sentner taxıl götürülmüş, 43806 ton arpa və buğda tədarük olunmuşdur. Keçən ilə nisbətən hər hektarda məhsuldarlığı 3,5 sentner artıran bərdəlilər ümumi taxıl tədarükünün miqdarını da 10 min ton çoxaltmışlar. Yevlax, Zərdab, Ucar, Sabirabad, Masallı, Kürdəmir, Hacıqabul, Göyçay, Goranboy, Cəlilabad, Cəbrayıl, Ağdaş rayonlarının mexanizatorları biçini yekunlaşdırmaq üzrədirlər. 27 rayonda hər hektarın məhsuldarlığı respublika göstəricisindən çoxdur ki, bu da cari ildə qarşıya qoyulan məqsədin - 2 milyon 500 min ton taxıl tədarük edilməsi haqqındakı vədin artıqlaması ilə yerinə yetiriləcəyinə zəmin yaradır.
Əsas ərzaq bitkisi olan buğda məhsulunun tədarükü də ürəkaçandır. Belə ki, hesabat gününə kimi respublikamızdakı 660837 hektar buğda sahəsinin 304283 hektarında biçin keçirilmiş və hər hektardan 24,7 sentner məhsul götürülərək, ümumilikdə ölkə üzrə 751 min tondan çox qiymətli ərzaq bitkisi tədarük olunmuşdur. Buğda tədarükündə Şəki, Yevlax, Sabirabad, Saatlı, Cəlilabad, Goranboy, Bərdə, Beyləqan rayonlarının fermerləri və fərdi torpaq sahibkarları xüsusi fəallıq göstərirlər.
Taxıl tədarükündə Naxçıvan Muxtar Respublikası da öz sözünü deyir. Azərbaycanın ayrılmaz hissəsi olan bu qədim diyarda hava şəraiti ilə əlaqədar olaraq cari ildə biçinə gec başlanılmışdır. İndiyədək biçilmiş ümumi əkin sahəsinin 27 faizindən götürülən məhsulun miqdarı da deməyə əsas verir ki, naxçıvanlılar bu ili də yüksək göstəricilərlə başa vuracaqlar.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında