Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində kredit sazişi imzalanmışdır

İyulun 1-də Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilmişdir.
Nazirliyin mətbuat katibliyindən AzərTAc-a bildirmişlər ki, nazir Ziya Məmmədovun sədrliyi ilə keçən iclasda dəmir yolu xəttinin Marabda-Axalkalaki hissəsində, Tetriskaro-Tsalka və Tsalka-Axalkalaki dəmir yolu sahələrinin bərpa və yenidənqurma (reabilitasiya-rekonstruksiya) işlərinin Axalkalaki-Kartsaxi hissəsində dəmir yolunun tikintisi ilə bağlı korrektə edilmiş smeta layihəsinə baxılmışdır.
Eyni zamanda, Axalkalaki stansiyasının tikintisi layihəsinin hazırlanmasının vəziyyəti və Bakı-Tbilisi-İstanbul istiqamətində İspaniyanın "TALGO" kompaniyasının lokomotiv və sərnişin vaqonlarından istifadəsinin mümkünlüyü müzakirə edilmişdir. 2011-ci il üçün Marabda-Kartsaxi dəmir yolunun korrektə edilmiş büdcəsi təsdiq olunmuşdur.
İclasın sonunda Gürcüstan ilə Azərbaycan arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstana əlavə maliyyə vəsaitinin ayrılmasına dair kredit sazişi imzalanmışdır.
Sənədi Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan tərəfdən isə "Marabda-Kartsaxi Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Bidzina Breqadze imzalamışlar.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçün Gürcüstana 575 milyon ABŞ dolları əlavə vəsaitin ayrılmasına səbəb Axalkalakidən Türkiyə sərhədinə qədər olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkalaki sahəsində 160 kilometr mövcud dəmir yolunun bərpası və yenidən qurulmasıdır.
Yeni dəmir yolunun tikintisinin 2012-ci ildə sona çatdırılması planlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında