Son 10 il ərzində Azərbaycan əhalisinin gəlirləri 6 dəfə artıb

Azərbaycan əhalisinin məcmu gəlirləri 2001-ci ildən bu günə qədər 4,3 milyard manatdan 25,6 milyard manata qədər artıb.
"APA-ECONOMICS"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabata əsasən, əhalinin xərcləri öz növbəsində 3,5 milyard manatdan 20,5 milyard manata qədər və ya 5,9 dəfə artıb. Hesabat dövrü ərzində pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 2,4 milyard manatdan 13,7 milyard manata qədər və ya 5,7 dəfə artıb. Göründüyü kimi, əhalinin gəlirləri, xərcləri və pərakəndə dövriyyəsi üzrə artım templəri demək olar ki, bərabərdir. Bu fakt makroiqtisadi baxımından iqtisadiyyatda sabitlik, pərakəndə bazarında tarazlaşdırılmış artım və qiymət sahəsində nəzarət olmasından xəbər verir.
Beləliklə, son 10 il ərzində əhalinin qənaətləri 0,8 milyard manatdan 5,07 milyard manata qədər artıb. Nəticədə Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 2010-cu ildəki 9,1 faizədək enib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında