Taxıl biçini. Məhsul sürətlə və itkisiz yığılır

Keçən ilə nisbətən bu il respublikamızda taxıl biçini təqribən 10-15 gün gecikib. Bu, havaların əlverişsiz olması və bahar fəslinin soyuq keçməsi ilə əlaqədardır. Təxminən iyun ayının ortalarından başlayaraq bu iş kütləvi şəkil almışdır.
Dövlət Statistika Komitəsinin iyunun 20-nə olan məlumatında deyilir ki, ölkə üzrə mövcud olan 943664 hektar taxıl sahəsinin 126154 hektarında məhsul biçilmişdir.
Son bir həftə ərzində isə yenə bəzi yerlərdə havalar əlverişsiz keçsə də mexanizatorlar hər anın qədrini bilmiş, kombaynları məhsuldar və səmərəli işlədərək 200894 hektar zəminin taxılını toplamağa müvəffəq olmuşlar. Beləliklə, yığım başlayan vaxtdan iyunun 28-dək ölkədə 327044 hektar sahənin taxılı biçilmişdir ki, bu da ümumi əkin sahəsinin 35 faizinə bərabərdir.
Həmin günədək respublikamızda 752158 ton arpa və buğda tədarük edilmişdir. Ölkə üzrə hər hektardan 23 sentner məhsul götürülmüşdür ki, bu da keçən ilin eyni dövründəki göstəricidən 2,7 sentner yüksəkdir. Abşeron, Kəlbəcər və Qubadlı rayonları taxıl biçinini yekunaşdırmışlar. Hər üç rayonda tədarük olunan taxılın miqdarı keçən ildəki göstəricidən çoxdur.
Bərdə, Cəbrayıl, Hacıqabul, Kürdəmir, Neftçala, Ucar rayonlarında isə kombaynlar son hektarların məhsulunu toplayır. Bərdə taxılçıları keçən ilin müvafiq dövrünə nisbətən bu il təqribən 10 min ton, cəbrayıllılar 1200 ton, hacıqabullular 2700 ton, neftçalalılar 16 min ton, ucarlılar isə 2200 ton çox arpa və buğda tədarük etmişlər. Təkcə kürdəmirlilər öz göstəricilərini keçən ildəkindən aşağı salmışlar. İşlərin gedişi inam yaradır ki, Neftçala rayonunun fermerləri və fərdi torpaq sahibkarları bu il taxıl istehsalında 100 min tonluq həddə çatacaqlar.
Ölkə üzrə tədarük olunan taxılın 335684 tonu buğda məhsuludur. Bu, indiyədək biçilmiş buğda sahələrinin hər hektarından 22,9 sentner məhsul götürülməsi deməkdir ki, həmin göstərici də keçən ilin müvaviq dövründəkindən 2,5 sentner çoxdur. Buğda tədarükündə Bərdə, Gəlilabad, Neftçala rayonlarının fermerləri xüsusi fərqlənirlər. Ümumiyyətlə, yığımın sürətli və itkisiz toplanması mütəxəssisləri, fermerləri və fərdi torpaq sahibkarlarını sevindirir.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında