Asiya İnkişaf Bankı Azərbaycana 340 milyon dollara yaxın kredit ayıracaq

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı "Ölkə üzrə əməliyyatlara dair 2011-2013-cü illər üçün biznes-plan"ı təsdiq edib.
Yeni biznes-plana uyğun olaraq, 2011-ci il ərzində AİB Azərbaycana 340 milyon dollara yaxın kredit ayıracaq. Həmçinin növbəti ildə ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanması planlaşdırılır.
Biznes-plana uyğun olaraq, AİB nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda AİB Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayıracaq.
Bank həmçinin Bakı ilə Gürcüstan arasındakı əsas magistral yolların maliyyələşdirilməsini də nəzərdən keçirir. Bakı ilə Gürcüstan arasındakı magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlq (CAREC) Proqramının əsas dəhlizi hesab edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında