İstismar dispetçer qrafikinə uyğun aparılır

Son illər Azərbaycanda dövlətin enerji siyasəti sahəsində mühüm işlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində elektrik enerjisi sisteminin səmərəli fəaliyyəti üçün lazımi təminatlar yaradılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi sahəsində çox böyük işlər görülür. Ölkənin enerji sistemində irimiqyaslı layihələrin həyata keçirilməsi işləri hazırda da uğurla davam etdirilir. Ardıcıl və sistemli şəkildə həyata keçirilən bütün bu tədbirlər isə şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verir. Bu uğurların qazanılmasında generasiya gücləri arasında məxsusi yeri olan "Səngəçal Elektrik Stansiyası"nın da payı var. Hazırda stansiya dispetçer qrafikinə uyğun şəkildə istismar edilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin may ayında müəssisədə 33,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 2,1 milyon kilovatsaat çoxdur. Qeyd edək ki, 2011-ci ilin 5 ayı ərzində isə burada 485,5 milyon kilovat -saat elektrik enerjisi proqnozuna qarşı 493 milyon kilovat - saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Yeri gəlmişkən, stansiyada ötən illərdə olduğu kimi, həm cari ilin may ayında, həm də 5 aylıq yekunda digər texniki-iqtisadi göstəricilər üzrə də yüksək nailiyyətlər əldə edilmişdir.
Məlumatda o da qeyd edilir ki, stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulur. Belə ki, istismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı - vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Bu zaman istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır. Müəssisədə çalışan işçilərin peşəkarlıq qabiliyyətlərinin artırılması məsələsi də diqqət mərkəzində saxlanılır.
Yeri gəlmişkən, cari ilin son üç ayında əsas və köməkçi avadanlıqlarda da təmir işləri aparılmışdır. Təmir işləri isə müəssisədə təşkil olunmuş təmir briqadası tərəfindən həyata keçirilmişdir. Hazırda tüstü borularında müxtəlif təyinatlı təmir işləri və digər stansiya - daxili sahələrdə abadlıq işləri davam etdirilir. Xatırladaq ki, 18 aqreqatdan ibarət, ümumi gücü 300 MVt olan bu elektrik stansiyasının digər stansiyalardan fərqi ondadır ki, burada yanacaq kimi qaz, mazut və dizel yanacağından istifadə edilir.

{nl}

M. YAQUBZADƏ, " Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında