Taxıl biçini. Məhsuldarlıq yüksəkdir

Azərbaycanda taxıl biçini gündən-günə sürətlənir. Dövlət Statistika Komitəsinin məlumatına görə, iyunun 20-i vəziyyətinə mövcud olan 943655 hektar zəminin 126150 hektarında məhsul biçini başa çatdırılıb. Respublika üzrə hər hektardan 22,8 sentner məhsul götürülüb ki, bu da keçən ilin müvafiq dövründəki göstəricidən hər hektarda 2,1 sentner yüksəkdir. Fermerlər və şəxsi torpaq sahibkarları 288 min tondan çox arpa və buğda tədarük etmişlər.
Qeyd edək ki, bu il havaların qeyri-sabit keçməsi, tez-tez yağış yağması, dolu düşməsi taxılçıların işini ləngitsə də, məhsuldarlığa bir o qədər də mane ola bilmir. Bunu kənd təsərrüfatı naziri İsmət Abasov da müxbirlərlə söhbətində bildirib. Nazirin dediyinə görə cari ildə ölkədə təqribən 2,5 milyon ton taxıl istehsal ediləcəkdir ki, bu da keçən ildəkindən 500 min ton çox olacaqdır. Ümumiyyətlə, Azərbaycanda dənli və dənli-paxlalı bitkilərə tələbat 3 milyon tondur. İsmət Abasovun sözlərindən belə çıxır ki, kəsirdə qalan taxıl məhsulları xarici ölkələrdən alınacaqdır.
36835 hektar zəmisi olan Naxçıvan Muxtar Respublikasında biçin hələ başlanmamışdır. Azərbaycanın aran, dağətəyi və bəzi dağlıq rayonlarında isə taxıl biçini mütəşəkkil keçirilir. "Aqrolizinq" ASC-də və rayonlardakı mövcud kombaynlardan səmərəli istifadə olunur. Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, Hacıqabul, İmişli, Qax, Laçın, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər və Yevlax rayonlarının mexanizatorları aqreqatları məhsuldar işlədərək hər hektardan orta hesabla 23-30 sentner taxıl götürürlər.
Buğda sahələrindən götürülən məhsulun miqdarı sevindiricidir. Ölkə üzrə 660,8 min hektarda yetişdirilmiş buğdanın indiyədək 20,1 min hektarında biçin keçirilmişdir. Xırmanlara 51,5 min tondan çox buğda daşınmışdır ki, bu da hər hektardan 25,6 sentner məhsul deməkdir. Hacıqabul, Ağcabədi və Bərdə rayonlarının sahibkarları hər hektardan 31-35 sentnerdən çox buğda götürürlər.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında