"Şahdəniz-2" layihəsinin həyata keçirilməsi qaz hasilatının ildə 25 milyard kubmetrədək artırılmasına imkan verəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirmişdir ki, "Şahdəniz" layihəsi çərçivəsində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən yatağın işlənilməsinin daha da intensivləşdirilməsi məqsədilə nəzərdə tutulan "Şahdəniz-2" layihəsi üzərində işlər aparılır.
Layihənin ikinci fazası "Şahdəniz" strukturunun qərb qanadını, şimal və cənub periklinallarında fasilə lay dəstənin, eləcə də Balaxanı lay dəstənin VIII və X horizontlarının işlənilməsini əhatə edəcəkdir. Layihə çərçivəsində yatağın şimal periklinalında dərinliyi 6 min 408 metr olan SDX-6 quyusu qazılaraq işə buraxılmışdır. Hazırda SDX-7 quyusu qazılmaqdadır. Bu quyunun layihə dərinliyi 6 min 167 metr olacaqdır.
Hazırda "Şahdəniz" yatağından ildə 9 milyard kubmetr qaz hasil edilirsə, "Faza-2"nin həyata keçirilməsi qaz hasilatının ildə 25 milyard kubmetrədək artırılmasına imkan verəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında