"Azəri", "Çıraq" və dərinsulu "Günəşli" yataqlar blokunun çıxarıla bilən ehtiyatları 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir

"Azəri", "Çıraq" və dərinsulu "Günəşli" yataqlar blokunun çıxarıla bilən ehtiyatları 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Blok üzrə çıxarıla bilən ehtiyatların mənimsənilməsi üçün yeni texnika və texnologiyanın tətbiq edilməsi ilə layların neftvermə əmsalı yüksəldilir.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirmişdir.
Qeyd edilmişdir ki, yataqların neftvermə əmsalını yüksəltmək məqsədi ilə laylara su və qaz vurulur. Yataqlarda suvurma prosesinə - "Çıraq"da 2000-ci, "Azəri"də 2007-ci, dərinsulu "Günəşli"də isə 2008-ci ildə başlanılmışdır. Laylara indiyədək 135 milyon kubmetr su vurulmuşdur.
2006-cı ilin may ayından isə "Mərkəzi Azəri" yatağında lay təzyiqinin saxlanılması üçün hasil edilmiş səmt qazının təkrar laya vurulması prosesinə başlanılmışdır. Bu günədək laya 23 milyard kubmetr qaz vurulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında