127 ölkə ilə idxal - ixrac əməliyyatları aparılmışdır

2011-ci ilin yanvar-aprel aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 127 xarici dövlətlə 10,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 8,0 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 2,7 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin fiziki həcmi 13,6 faiz, o cümlədən idxal 51,7 faiz, ixrac isə 0,7 faiz artmış və dörd ay ərzində 5,3 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Dövlət Statistika Komitəsi bildirir ki, xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (82,6 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Belarus, Malayziya, İsrail, Çin, Gürcüstan, Almaniya, İspaniya və Hindistan dövlətləri ilə aparılmışdır.

{nl}

T.ƏLİYEY, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında