"Paşa Sığorta" şirkəti Sığorta Risklərinin İdarə Edilməsi üzrə Britaniya Assosiasiyasının Konfransının işində iştirak etdi

"Paşa Sığorta" şirkəti Sığorta Risklərinin İdarə Edilməsi üzrə Britaniya Assosiasiyasının 6-8 iyun tarixlərində Bornmut şəhərində (Böyük Britaniya) keçirilən illik konfransının işində iştirak etdi. "Paşa Sığorta" şirkəti konfransda şirkətin texniki direktoru Orxan Məmmədov və Sığorta Risklərinin İdarə Edilməsi Şöbəsinin müdiri Fərid Hidayətov tərəfindən təmsil edilmişdi.
Sığorta Risklərinin İdarə Edilməsi üzrə Britaniya Assosiasiyasının konfransı (AİRMİC) illik əsasda keçirilir və ənənəvi olaraq ən iri beynəlxalq və Britaniya korporasiyalarının risk menecerlərinin, nəhəng sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələrinin, həmçinin Böyük Britaniyanın sığorta bazarında çalışan broker və konsultantların forumuna çevrilir. AİRMİC konfranslarında, həmçinin, dünyanın müxtəlif regionlarından sığorta riskinin idarə edilməsi sahəsində ekspertlər və Avropa risk Menecerləri Assosiasiyası, Sığorta Hüquqşünaslarının Assosiasiyası, Yanğından Müdafiə Assosiasiyası, Britaniya Sığorta İnstitutu və s. kimi aparıcı beynəlxalq sığorta assosiasiyaları və institutlarının rəhbərləri təmsil edilir. Konfransın üç günlük işinə 400-ə qədər iştirakçı cəlb olunur və burada keçirilən Sığorta Sərgi-Şousunda təqdimatlar və konfrans sığorta riskinin idarə edilməsi ilə bağlı aktual mövzuların gündəlik səkkiz panel müzakirəsi formatında keçirilir. "Paşa Sığorta" şirkətinin nümayəndələri üç panel müzakirələrin işində təmsil edilirdi - "Tikinti-Montaj Sığortasında Risk Menecment", Nəqliyyat Riskləri Portfelinin İdarə Edilməsində Risk Menecment" və "İri Layihələrdə Sığorta Riskinin İdarə Edilməsi".
"Paşa Sığorta" həm bizim bazar üçün xüsusilə aktual olan panel müzakirələr çərçivəsində, həm də Sığorta Sərgi-Şousu zamanı beynəlxalq brokerlər və təkrarsığorta şirkətləri ilə danışıqlar və birbaşa görüşlər vasitəsilə konfransda fəal işlər apardı. Bizim Lloyd's və Marsh U.K. şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərimiz xüsusilə maraqlı və bəhrəli oldu, belə ki, həmin şirkətlər Azərbaycan bazarında yaranan iri risklərə xidmət göstərilməsi proqramlarını genişləndirməkdə maraqlı olduqlarını ifadə etdilər. Bu Konfrans zamanı sığorta riskinin idarə edilməsi sahəsində topladığımız təcrübə və biliklər "Paşa Sığorta" şirkətinin Azərbaycanda xidmət göstərdiyi iri şirkət və layihələrin tam istifadəsinə təqdim ediləcəkdir," - Konfransın yekunları barədə "Paşa Sığorta" şirkətinin İdarə Heyətinin üzvü və texniki direktoru Orxan Məmmədov qeyd etdi.
"Paşa Holding" qrupunun üzvü olan "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərinə 31 sığorta növü üzrə xidmətlər göstərir. Nizamnamə kapitalı 30 milyon manat və məcmu aktivlərinin cari dəyəri 45 milyon manat olan "Paşa Sığorta" şirkəti kapitallaşma səviyyəsi və risklərin saxlanma göstəricilərinə görə Azərbaycan sığorta bazarında liderdir. 2010-cu ildən etibarən "Paşa Sığorta" Şirkəti Mühəndislik Risklərinin Sığortaçıları Beynəlxalq Assosiasiyasının rəsmi üzvüdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında