Azərbaycan hökuməti ilə Abu-Dabi Fondu arasında kredit sazişi imzalanmışdır

İyunun 14-də Bakıda "Dalğa Plaza" mehmanxanasında Azərbaycan hökuməti və Abu-Dabi Fondu arasında kredit sazişinin imzalanma mərasimi keçirilmişdir. Sazişi maliyyə naziri Samir Şərifov və Abu-Dabi İnkişaf Fondunun baş direktoru Mohammed Saif Al Suvaidi imzalamışlar. 
Tədbirdə Samir Şərifov və Mohammed Saif Al Suvaidi çıxış etmişlər.
Məlumat verilmişdir ki, "Cənub" layihəsinin maliyyələşdirilməsinə 60 milyon dollar (223 milyon dirhəm) məbləğində kredit ayrılmışdır. Layihə çərçivəsində Şirvan şəhərində yeni müasir 780 meqavatlıq qaz-buxar elektrik stansiyası tikilir, 220 kilovoltluq (kV) elektrik xətləri çəkilir. Abu-Dabi Fondunun krediti müvafiq işlərin və avadanlığın maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Yeni stansiya istismara buraxıldıqdan sonra Şirvan şəhərində mövcud olan elektrik stansiyası söküləcəkdir. Bu stansiya 60-cı illərdən fəaliyyət göstərir, fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Onun faydalı iş əmsalı 26 faiz təşkil edir, müvafiq olaraq 1 kilovat-saat elektrik enerjisinin istehsalına təqribən 450 qram şərti yanacaq sərf olunur.
Yeni Şirvan stansiyası Azərbaycanın elektrik enerji sektoru üçün xüsusi əhəmiyyət kəsb edir. Ən müasir texnologiya əsasında tikilən yeni stansiyanın faydalı iş əmsalı 51 faiz olacaqdır. Bu o deməkdir ki, 1 kilovat saata sərf olunan yanacağın sərfi təxminən iki dəfə azaldılacaqdır. Stansiyada ildə 6 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaqdır. Stansiyanın və Abşeron yarımadasına qədər 220 kV elektrik verilişi xətlərinin tikilməsi elektrik enerji sisteminin sabitliyinin yaxşılaşdırılması, elektrik enerjisinin daxili təchizatının və üçüncü ölkələrə ixracının artırılmasına imkan verəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında