Vergi ödəyicilərini narahat edən məsələlər operativ həll olunur

Vergilər Nazirliyində vergi ödəyicilərinin hüquqlarının müdafiə edilməsi, onların rəy və təkliflərinə həssaslıqla yanaşılması, şikayətlərin dinlənilməsi və qaldırılan məsələlərin operativ şəkildə həll olunması vəziyyəti barədə tədbir keçirilmişdir. Tədbirdən əvvəl kütləvi informasiya vasitələri nümayəndələri vergi ödəyicilərinin hüquqlarının müdafiəsi istiqamətində nazirlikdə yaradılmış şəraitlə tanış olmuşlar. Sonra mətbuat konfransı başlamışdır. Vergilər nazirinin müavini Sahib Ələkbərov mövzu ilə bağlı jurnalistlərə ətraflı məlumat vermişdir. S.Ələkbərov bildirmişdir ki, Vergilər Nazirliyi vətəndaşların müraciətlərinə baxılmasını, onların hüquqlarının qorunmasını vergi yığılması qədər əhəmiyyətli bir iş hesab edir.
Nazir müavini diqqətə çatdırmışdır ki, müraciətlərin diqqətlə araşdırılaraq ədalətli qərarlar çıxarılması, bəzən vergi ödəyicilərinə qaranlıq qalan problemlərin aydınlaşdırılması, vergi xidməti orqanı işçiləri ilə vergi ödəyiciləri arasındakı münasibətlərin günün tələbləri səviyyəsində qurulması xüsusi əhəmiyyət daşıyan məsələlər sırasındadır.
Vergilər Nazirliyi Hüquq İdarəsinin rəisi Samirə Musayeva nazirlikdə vergi ödəyicilərinin hüquqlarının qorunması, müdafiəsi istiqamətində reallaşdırılan tədbirlərdən söhbət açmışdır. Bildirmişdir ki, vergilərlə bağlı şikayətlərin və ya mübahisələrin məhkəməyə çıxmadan baxılması həm vergi ödəyiciləri, həm də vergi orqanı tərəfindən vergi qanunvericiliyinə əməl olunmasını təmin edən ən vacib cəhətlərdən biridir. Qabaqcıl beynəlxalq təcrübələrə diqqət yetirsək, bir çox inkişaf etmiş ölkələrdə vergilərlə bağlı şikayətlərin və ya mübahisələrin məhkəməyə qədər baxılması, əsasən, vergi administrasiyalarının nəzdində fəaliyyət göstərən apelyasiya sistemi tərəfindən həyata keçirilir.
S. Musayeva göstərmişdir ki, Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası vergi orqanları tərəfindən tərtib olunmuş aktlardan və aktların nəticələri üzrə qəbul edilmiş qərarlardan vergi ödəyicilərinin verdikləri təkrar şikayətlərə, o cümlədən yerli vergi orqanlarının nazirliyin aparatının funksional idarələri tərəfindən verilmiş yazılı göstərişlərin mübahisələndirilməsi ilə əlaqədar əsaslı müraciətlərinə, eyni zamanda, vergilər nazirinin Vergi Apelyasiya Şurasında baxılmasını müvafiq hesab etdiyi istənilən məsələyə baxan kollegial orqandır.
İdarə rəisi bildirmişdir ki, vergi ödəyicilərinin hüquqlarının hərtərəfli müdafiəsi, şikayətlərə baxılması işinin təkmilləşdirilməsi məqsədilə şuranın əsasnaməsi təsdiq edilmiş, tərkibi genişləndirilmiş, daimi fəaliyyət göstərən katibliyi yaradılmışdır.Vergilər Nazirliyində belə bir sistemin yaradılması daxil olan şikayətlərin mərkəzləşmiş şəkildə vahid bir strukturda toplanmasını, onlara qanunvericiliyə uyğun baxılmasına nəzarətin gücləndirilməsini, ümumi yanaşma prinsipi əsasında vergi orqanının mövqeyinin əks olunmasını təmin edir.Ümumiyyətlə, vergilərlə bağlı mübahisəli məsələlərin həllində alternativ metodların tətbiqi beynəlxalq təcrübədə də mübahisələrin məhkəmə baxışına qədər həll edilməsinə yanaşmanın ən geniş yayılmış formalarından biridir.
Tədbirdə idarə rəisləri Akif Musayev, Elçin Məmmədov vergi ödəyicilərinə daha müasir vergi xidməti göstərmək üçün həyata keçirilən tədbirlərdən, vergi ödəyicilərini narahat edən əsas məsələlərdən danışmışlar.
Sonda nazir müavini S.Ələkbərov jurnalistləri maraqlandıran digər suallara da ətraflı cavab vermişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında