Gürcüstan Prezidenti "Akkord"un inşa etdiyi Sveneti-Ruisi yolunun tikintisi ilə tanış olmuşdur

Gürcüstan Prezidenti Mixeil Saakaşvili "Akkord"un inşa etdiyi Sveneti-Ruisi yolunun tikintisi ilə tanış olmuşdur.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə üzrə 3-cü lota daxil olan ikitərəfli tunelin şimal qolunda ön və arxa tərəfdən qazıntı işlərinin mərkəzdə qovuşma nöqtəsinə çatması ilə əlaqədar olaraq Gürcüstan Prezidenti Mixeil Saakaşvili, regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili, həmçinin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın baş direktoru Xaqani Quluzadə görülən işlərlə tanış olmuşlar.
Məlumat verilmişdir ki, "Akkord" Gürcüstandakı asfalt-beton örtüklü, ümumi dəyəri 145 milyon dollardan çox olan Sveneti-Ruisi yolunun tikintisi üzrə tenderin qalibləri sırasına 2009-cu ilin iyulunda daxil edilmişdir. 3 lotdan ibarət olan bu layihədə "Akkord"un inşa etdiyi yolun uzunluğu iki istiqamət üzrə 15 kilometr təşkil edir. "Akkord-Gürcüstan" şirkəti 1-ci və 2-ci lot üzrə tikinti işlərinin bilavasitə müqaviləni imzalamış icraçısıdır. Birinci lota 5 körpü, 26 boru keçidi, 2 bokskalvert, 2 asfalt ötürücü, ikinci lota 1 körpü-estakada, dairəvi yol, 1 körpü, 6 boru-keçidinin inşası daxildir. Üçüncü lot üzrə 2 ikitərəfli tunel, 2 bokskalvert, 3 boru keçidinin inşası nəzərdə tutulur. Bu lotda "Akkord-Gürcüstan" subpodratçı kimi fəaliyyət göstərir. Layihə "Kocks Group" şirkəti tərəfindən hazırlanmış və Dünya Bankı tərəfindən maliyyələşdirilir. Birinci dərəcə avtoban yolları kateqoriyasına aid olan bu layihə strateji əhəmiyyət kəsb etməklə yanaşı, Gürcüstan paytaxtını Rusiya və Türkiyə ilə birləşdirəcək ümumi magistralın tərkib hissəsidir.
Həmçinin bildirilmişdir ki, 2009-cu il iyulun 15-də inşa işlərinə başlayan "Akkord" tikinti sahəsinə 900-dən artıq işçi və mütəxəssis, 600 texniki vasitə cəlb etməklə ərazidə 4 beton zavodu, 3 daşdoğrayan, 2 asfalt zavodu, 1 beton tir-boru istehsalı zavodu, həmçinin qaraj, laboratoriya, yataqxana, işçilər üçün yeməkxana, tibb məntəqəsi, ofislər və s. istifadəyə vermişdir.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili ekskavatorun sükanı arxasına keçərək, tunelin iki hissəsini bir-birindən ayıran ensiz arakəsməni dağıdaraq şimal xəttini açmışdır.
Sonra Gürcüstan Prezidenti 2-ci lotda körpü-estakadanın tikintisi ərazisinə gəlmişdir. Nazir R.Nikolaişvili tikinti işlərinin gedişi və körpünün texniki parametrləri ilə bağlı məlumat verərək bildirmişdir ki, bu körpü "Akkord" tərəfindən indiyədək MDB regionunda tətbiq olunmamış yeni - Lançunq metodu (körpü aşırımlarının dayaqlar üzərinə sürüşdürmə yolu ilə yığılması) ilə tikilir.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili "Akkord"un fəaliyyətini yüksək qiymətləndirərək, görülən işlərdən razılığını bildirmişdir.
Qeyd edək ki, "Akkord" Gürcüstanda ötən il noyabrın 15-də Türkiyə sərhədinə kimi uzanan asfalt örtüklü 224 kilometr uzunluğunda Samtsxe-Cavaxetiya yolunun Tsalka-Nardevani ərazisindən keçən 15 kilometrlik hissəsinin tikintisini də sona çatdırmışdır. Şirkətin qonşu ölkədə digər əhəmiyyətli layihələri 8,3 kilometrlik Tbilisi-Tianeti, 10 kilometrlik Kutaisi-Tskaltubo-Lentexi, 12,23 kilometrlik Kutasi-Tkibuli-Ambrolauri yollarının tikintisidir ki, hazırda bu istiqamətdə də işlər tam sürətlə davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında