Vladimir Doroxin: "Bu ilin 5 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 70 faizdən çox artmışdır"

"Bu gün Rusiya-Azərbaycan münasibətləri haqqında inamla, hətta qürurla danışmaq olar. O qədər də sadə olmayan bir nöqtədən başlayaraq biz bu gün strateji tərəfdaşlıq adlandırılan səviyyəyə qalxa bildik. Bu münasibətlərin əsasını da qarşılıqlı hörmət, bir-birinin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sözsüz qəbul etmək dayanır". APA-nın xəbərinə görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin demişdir. 
12 iyun - Rusiya Günü ilə əlaqədar mətbuat konfransı keçirən V. Doroxin 2010-cu ilin ikitərəfli əlaqələrin miqyasının genişləndirilməsi ilə xarakterizə edildiyini vurğulamışdır: "Biz yüksək səviyyəli görüşlərin davam etdirilməsini gözləyirik. Rusiya qeyri-neft sektorunda Azərbaycanın vacib iqtisadi-ticarət tərəfdaşı olaraq qalır. Bu ilin 5 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 70 faizdən çox artmışdır. Bu il ticarətdə rekord səviyyə əldə ediləcəyinə ümid bəsləməyə əsasımız var".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında