İstanbulda Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı davam edir

Mayın 6-da İstanbul Konqres Mərkəzində dünyanın 40-dan çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı işini davam etdirmişdir.
Toplantıda çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərindən, dünyada analoqu olmayan iqtisadi inkişaf göstəricilərindən danışmış, nazirliyin fəaliyyətindən bəhs etmişdir. O vurğulamışdır ki, yüksək texnika və avadanlığa, peşəkar kadrlara malik olan nazirliyin strukturları təkcə ölkəmizdə deyil, bütün bölgədə təbii fəlakətlərin və digər bədbəxt hadisələrin qarşısının alınmasında iştirak edəcək gücdədir.
Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl çıxışında dünyanı sarmış iqtisadi böhrandan yalnız daha az səhvə yol verən hökumətlərin minimum zərərlərlə çıxdığını demişdir. Onun sözlərinə görə, qloballaşan dünyada böhranlardan xilas olmaq üçün ən mühüm amil yüksək texnologiyalara əsaslanan istehsala malik olmaqdır. Yeni dünyada israfçılığa və savadsızlığa yer yoxdur. 2050-ci ildə 9,5 milyarda yüksələcək dünya əhalisini işlə, qida və təmiz su ilə təmin etmək üçün indidən tədbirlər görülməlidir.
Toplantıda çıxış edən Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev, Estoniyanın sabiq dövlət başçısı Arnold Ryutel, Rumıniyanın keçmiş prezidenti İon İliyesku qloballaşan dünyada öz ölkələrinin sosial-iqtisadi vəziyyətindən bəhs etmişlər.
Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı mayın 7-də başa çatacaqdır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında