Bakıda "MHŞT: şəffaflıq, hesabatlılıq və neft gəlirlərinin düzgün idarə olunması" mövzusunda seminar keçirilmişdir

İyunun 7-də Bakıda "Hyatt Regency- Naxçıvan" mehmanxanasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və Norveç Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "MHŞT: şəffaflıq, hesabatlılıq və neft gəlirlərinin düzgün idarə olunması" mövzusunda seminar keçirilmişdir.
Seminarda Norveç Krallığının Vəliəhdi Hookon bildirmişdir ki, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi Norveçdə neft sənayesinin əsas prinsiplərindən birinə çevrilmişdir. Bu sistem nəticəsində ölkədə çox böyük mənfəət qazanılmış, neftdən gələn sərvətlərdən uzun müddət istifadə etmək üçün zəmin yaranmışdır. Azərbaycan və Norveçin MHŞT-ə qoşulması neft şirkətlərinin birgə əməkdaşlığına yönəldilmiş uğurlu addımdır. Ehtiyatlarımızı dayanıqlı və davamlı şəkildə inkişaf etdirmək və bundan bütün əhalinin bəhrələnməsi, eyni zamanda ətraf mühitin qorunması üçün istifadə etmək bizim əsas vəzifələrimizdən biridir.
ARDNF-in icraçı direktoru Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqi ilə bağlı çıxış etmiş, əldə edilən uğurları qeyd etmişdir. Bildirmişdir ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və bu təşəbbüsün tamhüquqlu üzvü statusunu alan ilk ölkədir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.
Azərbaycan hökumətinin, diplomatik korpusun nümayəndələri, ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətləri və qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirak etdiyi seminarda MHŞT-nin əhəmiyyəti, Azərbaycan və Norveçdə tətbiqi, hər iki ölkənin bu sahədə təcrübəsi və əldə etdiyi nailiyyətlər barədə çıxışlar dinlənilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında