Bakıda yaşıl iqtisadiyyat üzrə Azərbaycan-Latviya biznes forumu

İyunun 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaşıl iqtisadiyyat üzrə Azərbaycan-Latviya biznes forumu işə başlamışdır. 
Forumu giriş sözü ilə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov açaraq, ölkəmizin iqtisadi uğurları və həyata keçirilən ekoloji layihələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 2009-cu ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş" çərçivəsində keçirilən tədbirdə hər iki ölkənin ətraf mühitin mühafizəsi ilə məşğul olan şirkət nümayəndələri arasında fikir və təcrübə mübadiləsi aparılacaqdır. Nazir H.Bağırov forumun işinə uğurlar arzulamışdır.
Latviya Respublikasının ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis biznesin təbiətə təsirindən, ölkələrimiz arasındakı dostluq əlaqələrindən və ətraf mühitin mühafizəsinə yönəlmiş forumun əhəmiyyətindən danışmışdır.
Azərbaycan və Latviya şirkətlərinin təqdimatı olmuşdur. Ətraf mühit sahəsində ən müasir və qabaqcıl texnologiyaların tətbiqi üzrə müzakirələr aparılmışdır.
Forum iyunun 8-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında