Vergi ekspertlərinin Avrasiya seminarı işini davam etdirmişdir

İyunun 3-də Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (İTİC) Vergi ekspertlərinin 7-ci illik Avrasiya seminarı işini davam etdirmişdir. 
Seminarın ikinci günü iştirakçılar əvvəlcə Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində - "bir pəncərə" sisteminin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Qonaqlara sistemin iş prinsipləri izah olunmuş və qeyd edilmişdir ki, onun tətbiqində hökumətin əldə etdiyi nailiyyətlər bir çox MDB ölkələri üçün oxşar qanunverici və institusional çərçivənin yaradılması üçün bir nümunə olmuşdur. "Bir pəncərə" sisteminin tətbiqi Azərbaycanda elektron hökumət layihəsinin başlanğıc nöqtəsi olmuşdur.
Vergilər nazirinin müavini Sahib Ələkbərov rəsmi tədbirdən qabaq jurnalistlərə bildirmişdir ki, onların xarici həmkarları Azərbaycanda daha çox vergi ödəyicilərinə xidmətlə bağlı məsələlərlə maraqlanırlar. Ekspertlər əlavə dəyər vergisi ilə bağlı təqdimatın olmasını da xahiş etmişlər. Bu da seminarın faydalılığını artıran göstəricilərdəndir.
Sonra seminar işini davam etdirmişdir. Sahib Ələkbərov tədbir iştirakçılarına Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı 20 ildə qazandığı uğurlardan danışmış, vergi sistemində aparılan islahatlar barədə məlumat vermişdir. Qeyd etmişdir ki, son illər sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində ölkəmizin başçısının göstərişlərinə uyğun olaraq ciddi addımlar atılmış, vergi yükü aşağı salınmış, vergi inzibatçılığının Avropa standartlarına uyğunlaşdırılması, vergi orqanlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən geniş istifadə olunması istiqamətində diqqətəlayiq nəticələr əldə olunmuşdur.
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi Marek Verençik müsahibəsində Azərbaycanda vergi sisteminin inkişafına heyranlığını ifadə etmişdir.
Sonra qlobal iqtisadiyyata inteqrasiyanın gömrük tərəfdaşlığı aspektləri, vergi auditi və mübahisələrin həlli istiqamətində görülən işlər, maliyyə mərkəzlərinin yaradılmasının vergi aspektləri mövzusunda təqdimatlar keçirilmişdir.
Seminarda vergi siyasətinə dair müxtəlif məsələlərin, xüsusən investorların dövlətdəki maraqlarının balanslaşdırılması üçün həyata keçirilən vergi siyasəti, vergi auditi, maliyyə sahəsində regional strukturların fəaliyyəti və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Tədbirdə Avrasiya İqtisadi Birliyinin, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Türkmənistanın nümayəndə heyətləri, Azərbaycanın dövlət və hökumət nümayəndələri, müstəqil auditor təşkilatlarının təmsilçiləri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında