"Paşa Sığorta" şirkətinin rəhbərliyi İstanbul Beynəlxalq Sığorta Konfransında işini yekunlaşdırdı

"Paşa Sığorta" şirkətinin texniki nümayəndə heyəti mayın 26-27-də Milli Re konfrans zalında keçirilən İstanbul Beynəlxalq Sığorta Konfransında işini başa çatdırdı. 
İstanbul Beynəlxalq Sığorta Konfransı Türkiyə, Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz ölkələrindən sığorta, bank və investisiya sektorlarının nümayəndələri üçün hər il keçirilən ənənəvi toplantıdır. Konfrans hər il Türkiyə Sığorta və Təkrarsığorta Şirkətləri Assosiasiyasının dəstəyi ilə Türkiyə Sığorta Peşəkarları Assosiasiyası və İstanbul Anderraytinq Mərkəzi tərəfindən təşkil edilir. Builki konfransın əsas mövzusu sığorta məhsullarının hazırlanması və sığorta tariflərinin müəyyən edilməsi, sığortaçılar tərəfindən bazarda rəqabət strategiyalarının hazırlanması və tətbiq edilməsi, sığorta şirkətinin sığorta və təkrarsığorta portfelinin idarə edilməsi üçün peşəkar sistemin yaradılması sahələrində Türkiyənin sığorta bazarının aparıcı iştirakçıları ilə təcrübə mübadiləsi olmuşdur.
Forumda çıxış edən məruzəçilər sırasında Munich Re, Allianz, Zurich, Willis Re, Lockton Re, HSBC Bank, ING, həmçinin Türkiyənin və regional bazarların fəal oyunçuları olan digər maliyyə təşkilatlarının baş direktorları və regional nümayəndələri var idi. Munich Re şirkətinin regional direktoru Yurgen Brukerin və Zurich Turkey şirkətinin baş direktoru Luts Bauerin qərbin sığorta məhsullarının hazırlanması və regionun bazarlarına daxil edilməsi ilə bağlı məruzələri iştirakçıların xüsusi diqqətinə səbəb oldu. "Həyat Sığortası" seksiyası çərçivəsində ING Life & Pension Turkey şirkətinin baş direktoru Frederik de Vrisin məruzəsi ətrafında maraqlı müzakirələr aparıldı. Cənab de Vris bundan öncə ING Life & Pension Russia bölməsinə rəhbərlik etmişdi. Öz məruzəsində o, Türkiyədə sığorta xidmətləri və pensiya proqramları bazarının formalaşdırılmasında vasitəçilik xidmətlərinin rolu və inkişaf səviyyəsinə qiymət verdi.
"Bu gün Türkiyə sığorta bazarında kapitalın 70%-i və Türkiyə bazarında sığorta dövriyyəsinin 65%-i aparıcı maliyyə-sığorta təşkilatlarının payına düşür. Qərb kapitalının Türkiyənin sığorta sektoruna belə yüksək səviyyədə daxil olması vaxtilə ölkənin maliyyə siyasətinin ciddi tənqidlərə uğramasına əsas olmuşdur. Amma Qərbin sığortaçıları Türkiyəyə yalnız kapitallarını deyil, həm də sığorta sahəsində nou-xau və texnologiyalarını gətirdi və bu, nəticədə Türkiyə bazarını bugünkü mövqeyinə - yəni ən stabil regional bankçılıq-sığorta mərkəzlərindən birinə çevirdi. Buna görə də Türkiyədə sınaqdan keçmiş sığorta modelləri və məhsullarını hərtərəfli şəkildə öyrənmək və seçilmiş şəkildə bizim bazara daxil etmək bizim üçün tamamilə məqsədəuyğundur. Digər tərəfdən, İstanbulda təmsil edilən qərbin qabaqcıl sığorta şirkətləri indi Azərbaycanın, Türkmənistanın və Qazaxıstanın aparıcı sığorta şirkətlərindən təkrarsığorta risklərini qəbul etmək ehtimalına daha ciddi baxmağa hazırdırlar; Türkiyə bazarının yüksək əhatə səviyyəsini və tariflərinin rəqabətliliyini nəzərə alaraq bu imkanlar bizim tərəfdən də ciddi araşdırılmalıdır. Sevindirici haldır ki, konfransın gedişində Türkiyənin sığorta ekspertləri Azərbaycanın yüksək potensialını vurğulamış və Azərbaycanda sığorta bazarının inkişafı üçün geniş perspektivlərin olduğunu qeyd etmişlər" - "Paşa Sığorta" şirkətinin İdarə Heyətinin sədri cənab Nofəl Rzayev konfransın yekunları barədə qeyd etdi.
Konfrans çərçivəsində "Paşa Sığorta" şirkətinin nümayəndə heyəti tərəfindən Türkiyənin aparıcı sığorta şirkətlərinin baş ofislərinə səfərlər edilərək onların texniki direktorları və portfel menecerləri ilə görüşlər keçirilmiş və tərəflər arasında konkret biznes xətləri üzrə danışıqların davam etdirilməsi barədə razılıq əldə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında