Ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 99,1 faiz icra olunmuşdur

Ötən il Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirləri 99,1 faiz icra olunmuşdur. Bu son illərlə müqayisədə ən yüksək göstəricilərdən biridir.
Bu sözləri Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı demişdir.
Komitə sədri 2010-cu ili Azərbaycanın sosial-iqtisadi həyatında çox uğurlu il kimi qiymətləndirmiş və demişdir ki, dövlət büdcəsi əhalinin maddi rifahının yaxşılaşması, investisiya qoyuluşlarının həyata keçirilməsi və makroiqtisadi sabitliyin təmin olunması kimi hədəfləri reallaşdırır, ölkədə davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir.
Ümumiyyətlə isə 2010-cu il icmal büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz, xərcləri isə 14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olunmuşdur.
Ötən il dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat və ya 99,1 faiz təşkil etmişdir. Bu, 2009-cu illə müqayisədə 1 milyard 77 milyon manat və ya 10,4 faiz çoxdur.
2010-cu ildə dövlət büdcəsinin xərcləri isə 11 milyard 766 milyon manat və ya 95,9 faiz səviyyəsində icra olunmuşdur ki, bu, 2009-cu illə müqayisədə 1 milyard 262 milyon manat çoxdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında