Dövlət Statistika Komitəsində keçirilmiş Qlobal Qiymətləndirmənin nəticələri açıqlanmışdır

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin intensivləşməsi, Avropa Qonşuluq Siyasəti sahəsində əldə olunmuş nailiyyətlər Azərbaycan statistikasının Avropa standartlarına, xüsusilə Avropa Statistika Sisteminə tam uyğunlaşdırılmasını zəruri edir. Məhz bu amil Azərbaycanda Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsini (QQ) şərtləndirmişdir. 
Qlobal Qiymətləndirmə ilk dəfə 2001-ci ildə Avropa İttifaqının Statistika Bürosunda (Avrostat) yaradılmış və o vaxtdan bir çox ölkələrin statistika xidmətlərində, o cümlədən MDB ölkələrindən Rusiya, Ukrayna, Belarus və Qazaxıstanda belə statistik auditlər keçirilmişdir.
Qlobal Qiymətləndirmənin məqsədi ölkənin rəsmi statistika sisteminin inkişaf səviyyəsinə dair dəqiq məlumat əldə etmək, kənardan baxışla mövcud nöqsan və çatışmazlıqları aşkara çıxarıb onların aradan qaldırılmasında ölkəyə yardım etmək, Azərbaycanın statistika sisteminin BMT-nin "Rəsmi statistikanın əsas prinsipləri", Avropa Statistikasının Normalar Məcəlləsi kimi Avropa standartlarına uyğunluq səviyyəsini müəyyənləşdirməkdir. Həmçinin, Dövlət Statistika Komitəsində aparılan islahatlara dəstək vermək və Azərbaycanın statistika sistemini beynəlxalq standartlara, tövsiyələrə və ən yaxşı təcrübələrə uyğunlaşdırmaq, eləcə də ölkənin statistika sahəsindəki inzibati potensialını, komitənin institusional aspektlərini, texniki və təşkilati potensialını qiymətləndirmək də əsas məqsədlər sırasındadır.
Əldə olunmuş nailiyyətləri qiymətləndirmək, çatışmazlıqları aşkar etmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədilə 3 beynəlxalq təşkilat - BMT-nin Avropa İqtisadi Komissiyası (AİK), Avropa İttifaqının Statistika Bürosu və Avropanın Azad Ticarət Assosiasiyası (EFTA) tərəfindən 2010-cu ildə Azərbaycan Respublikasının Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi həyata keçirilmişdir. Qlobal Qiymətləndirmənin Azərbaycanda keçirilməsi üçün Dövlət Statistika Komitəsi BMT-nin Avropa İqtisadi Komissiyasına və Avrostata rəsmi müraciət etmişdir.
Qlobal Qiymətləndirmə BMT-nin AİK, Avrostat, Çexiya, Avstriya və Norveçin statistika təşkilatlarının 6 eksperti tərəfindən 2 missiya zamanı həyata keçirilmişdir. Ekspertlər Avropa İttifaqının, BMT-nin Uşaq Fondunun (YUNİCEF), Dünya Bankının Azərbaycandakı nümayəndələri, Azərbaycan Dövlət İqtisad Universitetinin, AMEA- nın İqtisadiyyat İnstitutunun, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, 18 nazirlik, komitə və bankın, 5 kütləvi informasiya vasitəsinin, 4 yerli statistika orqanının nümayəndələri və Statistika Şurasının üzvləri ilə müzakirələr aparmış, ümumilikdə 79, o cümlədən Dövlət Statistika Komitəsinin 31 işçisi ilə görüşlər keçirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında