İstanbulda Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı işə başlamışdır

Mayın 5-də İstanbul Konqres Mərkəzində dünyanın 40-dan çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı işə başlamışdır.
Əvvəlcə Avrasiya dövlətləri iqtisadi zirvə toplantılarının tarixindən bəhs edən film nümayiş olunmuşdur.
Sonra zirvə toplantısının gündəliyinə çıxarılmış məsələlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, builki toplantıda enerji, iqtisadiyyat və ekologiya problemləri müzakirə olunur.
Türkiyə Prezidenti Abdullah Gülün zirvə toplantısının iştirakçılarına təbriki oxunmuşdur.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin zirvə toplantısı iştirakçılarına təbrikini oxumuşdur.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver zirvə toplantısında iştirak edən ölkələrin dövlət və hökumət nümayəndələrini, o cümlədən Azərbaycan nümayəndə heyətini salamlamışdır. A.Suver vurğulamışdır ki, Avrasiya dövlətləri iqtisadi forumlarında Azərbaycanın yeri həmişə xüsusi olmuşdur. Bu il də Azərbaycan bu tədbirdə geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Albaniya Prezidenti Bamir Topi və Makedoniya Prezidenti Georgi İvanov qonaqlar adından çıxış etmişlər.
Sonra zirvə toplantısının enerji məsələlərinə həsr olunmuş "Cənubi Qafqaz, Orta Asiya və Yaxın Şərq marşrutları" mövzusunda iclasında çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov, sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Dəmir Bilək, Nabukko layihəsi üzrə beynəlxalq konsorsiumun əlaqələndiricisi Reynhard Mitçek vurğulamışlar ki, uğurla həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri bu gün dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın karbohidrogen ehtiyatlarının əhəmiyyəti xüsusi qeyd edilmişdir. Natiqlərin çıxışlarında Azərbaycanın iqtisadi tərəqqisi, dərin maliyyə və iqtisadi böhran dövründə yüksək nəticələr əldə etməsi də xüsusi vurğulanmışdır.
Valeh Ələsgərov demişdir ki, enerji təhlükəsizliyində şəffaf tranzit yollarının və bazarlarının təmin olunması çox vacibdir. Dahi Heydər Əliyevin və Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin Bakı-Tbilisi-Ceyhan kimi nəhəng layihəni uğurla həyata keçirmələrinin səbəbi məhz şəffaf və vahid enerji sisteminin yaradılması idi. Azərbaycan bu prinsiplər əsasında əməkdaşlığa həmişə hazırdır.
Natiqlər Nabukko layihəsinin perspektivlərindən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqdan da ətraflı bəhs etmişlər.
Toplantıdan sonra zirvə görüşü çərçivəsində təşkil olunmuş konsertdə Azərbaycan incəsənət ustaları xalq mahnılarımızı və klassik musiqi nümunələrini ifa etmişlər.
Avrasiya Dövlətləri XIII İqtisadi Zirvə Toplantısı mayın 6-da öz işini davam etdirəcəkdir.{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında