Bakıda ikinci Belarus milli sərgisi keçirilir

Mayın 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ikinci Belarus milli sərgisi açılmışdır.
Açılış mərasimində Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokov son illər dövlətlərimizin başçılarının müntəzəm görüşlərinin ölkələrimiz arasında ticarət və iqtisadi sahələrdə əməkdaşlığın inkişafına böyük təkan verdiyini vurğulamışdır. Bildirmişdir ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi son zamanlar 4 dəfə artaraq 130 milyon ABŞ dolları təşkil etmişdir, lakin bu göstəricinin daha yüksək olması üçün böyük potensial vardır. Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırıqlarına əsasən əmtəə dövriyyəsi yaxın zamanlarda 500 milyon dollara, gələcəkdə isə 1 milyard dollara çatdırılmalıdır. Bu, ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsi olacaqdır.
Hazırda Bakıda açılan ikinci Belarus milli sərgisi də əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək tədbir olmalıdır. Belarus istehsalçıları sərgiyə öz potensiallarını nümayiş etdirmək imkanı kimi baxırlar. Sərgidə Azərbaycan istehlakçıları keyfiyyətli Belarus mallarının geniş çeşidi ilə tanış olacaqlar. Bu mallar arasında kənd təsərrüfatı, yüngül sənaye məhsulları, avtomobil, məişət, yük və yol-tikinti texnikası, tikinti materialları, son vaxtlar böyük sürətlə inkişaf edən nanotexnologiyalar və s. nümayiş etdirilir. Məqsədimiz Belarus elminin və sənayesinin nailiyyətlərini nümayiş etdirmək, yeni tərəfdaşlar tapmaq, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələri möhkəmləndirməkdir. Sərgidə, həmçinin ölkənin ali təhsil müəssisələri də geniş təmsil olunmuşlar. Biz azərbaycanlı gəncləri Belarusda yüksəkkeyfiyyətli təhsil almağa dəvət edirik. Ümid edirik ki, sərgi çərçivəsində iş adamlarımız çoxlu tərəfdaşlıq münasibətləri quracaq, müqavilələr imzalayacaqlar.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində Bakıda belə mötəbər sərginin keçirilməsindən məmnunluğunu bildirmiş, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından danışmışdır. Dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın son illər qazandığı nailiyyətlər diqqətə çatdırılmışdır. Təsadüfi deyildir ki, makroiqtisadi sabitlik, dövlət idarəetmə institutlarının və infrastrukturun səviyyəsi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının mükəmməllik səviyyəsi və s. mühüm meyarlar əsasında hesablanan "Qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan 133 ölkə arasında 18 pillə irəliləyərək 51-ci yerə yüksəlmişdir. Azərbaycan son illər ümumi daxili məhsulun artım tempinə görə nəinki MDB məkanında, ümumiyyətlə dünyada lider ölkələrdən biridir.
Vurğulanmışdır ki, Azərbaycan rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdən biri də xarici və yerli iş adamları üçün əlverişli fəaliyyət şəraitinin yaradılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasıdır. Belarus iş adamlarına Azərbaycanda fəaliyyət göstərmələri üçün hər cür əlverişli şəraitin yaradılacağına əminlik nəzərə çarpdırılmışdır.
Sonra açılışı bildirən rəmzi lent kəsildikdən sonra Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarusun Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokov və digər qonaqlar sərgi ilə tanış olmuşlar.
Sərgidə Belarusun 150-dək aparıcı müəssisəsinin məhsulları nümayiş etdirilir.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin qarşısındakı açıq meydançada "Minsk təkərli yedəklər zavodu", "BelAZ", "Minsk traktor zavodu" istehsalat birliklərinin, eləcə də Gəncə avtomobil zavodunun Minsk traktor və avtomobil zavodları ilə birgə istehsal etdiyi texnika diqqəti xüsusilə cəlb etmişdir.
Sərgi çərçivəsində, həmçinin seminarların, "dəyirmi masa"ların, biznes tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Sərgi mayın 7-dək davam edəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında