Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

2011-ci ilin ötən dövründə xarici ölkələrlə 7.3 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 5.8 milyard dolları və ya 80.0 faizi uzaq xarici dövlətlərin, 1.5 milyard dolları MDB üzvü ölkələrini payına düşür. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 
Məlumatda bildirilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 16.4 faiz, o cümlədən uzaq xarici ölkələrlə 5.3 faiz, MDB dövlətləri ilə 2.0 dəfə artmışdır. Bu dövrdə ölkəmizdən 5.4 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0.8 faiz çox mal göndərilmişdir. İxrac olunmuş məhsulların 4.6 milyard dollarlığı (84.3 faizi) uzaq xarici ölkələrə, 856.9 milyon dollarlığı isə MDB dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 4.2 faiz azalmış və 2.6 dəfə artmışdır.
Xarici ticarət əlaqələrinin 48.5 faizi Avropa Birliyi ölkələri, 20.0 faizi MDB dövlətləri, 31.5 faizi digər ölkələrlə aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında