Riqada iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının IV iclası keçirilmişdir

Mayın 12-də Riqada, ölkənin Nəqliyyat Nazirliyində iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının IV iclası olmuşdur. İclasda Latviyanın nəqliyyat naziri Uldis Auqulis başda olmaqla Latviya nümayəndə heyəti, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov başda olmaqla Azərbaycan nümayəndə heyəti, Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov iştirak etmişdir. 
Tərəflər Azərbaycan ilə Latviya arasında iqtisadi əlaqələrin indiki vəziyyətini, Aİ-Azərbaycan əlaqələri, o cümlədən "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmiş, əldə edilən nəticələri müsbət qiymətləndirmişlər. Vurğulanmışdır ki, dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcəkdir.
Tərəflər Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Latviya İnvestisiyalar və İnkişaf Agentliyi arasında imzalanmış Qarşılıqlı Anlaşma haqqında Memorandumun əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rolunu qeyd etmişlər.
2011-ci ildə Azərbaycanda və Latviyada ərzaq malları günlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bildirilmişdir ki, 2011-ci ilin iyun ayında hər iki ölkənin sahibkarları arasında əməkdaşlığı möhkəmlətmək, mədəniyyət və turizm sahəsində layihələri inkişaf etdirmək məqsədi ilə Latviya ticarət missiyasının Azərbaycana səfəri planlaşdırılır.
Hər iki ölkənin energetika sektoru barədə də fikir mübadiləsi aparılmışdır. Tərəflər alternativ və bərpa olunan enerji sahəsində, maşınqayırma və metallurgiya sahələrində əməkdaşlığın davam etdirilməsi, Latviyada istehsal edilən qaz, qızdırıcı və elektrik ölçü cihazlarının Azərbaycanda tətbiq edilməsi imkanlarının öyrənilməsi barədə razılığa gəlmişlər.
Nəqliyyat sahəsində əməkdaşlıq mövzusu ilə əlaqədar, Azərbaycanın ixrac və idxal yüklərinin daşınması üçün Latviya limanlarından və Latviya tranzit dəhlizlərindən istifadə etmək təklif olunmuşdur.
Kommunikasiyalar mövzusu ilə əlaqədar, poçt rabitəsi sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə rabitə sahəsində əməkdaşlıq, elektron pulköçürmələri mübadiləsi sahəsində əməkdaşlıq haqqında iki ölkənin hökumətləri tərəfindən imzalanmış sazişlərdə nəzərdə tutulan tədbirlərin davam etdirilməsi qərara alınmışdır.
Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək məqsədi ilə aqrar fermaların yaradılması və dəstləşdirilməsi, lizinq şərtləri daxilində təchizatın təşkil edilməsi sahəsində təcrübə mübadiləsi aparacaqlar.
Nümayəndə heyətlərinin üzvləri mədəniyyət və turizm sahəsində də fikir mübadiləsi aparmış, Azərbaycanın və Latviyanın turizm potensialının təbliğ və təşviq edilməsi üçün informasiya mübadiləsinin, hər iki ölkənin turizm imkanları, mədəniyyəti və ənənələri ilə tanış olmaq məqsədi ilə qarşılıqlı mətbuat turları keçirilməsinin zəruri olmasını qeyd etmişlər.

{nl}

Nigar HÜSEYNOVA AzərTAc-ın xüsusi müxbiri

{nl}

 

{nl}

Riqa

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında