Trayan Basesku: " Nabucco" yalnız Azərbaycanla Türkmənistanın iştirak edəcəyi təqdirdə reallaşa bilər

"Nabucco" layihəsi yalnız Azərbaycanla Türkmənistanın iştirak edəcəyi təqdirdə reallaşa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Rumıniyanın prezidenti Trayan Basesku Buxarestdə rəsmi səfərdə olan Türkmənistanın prezidenti Qurbanqulu Berdıməhəmmədovla keçirilən danışıqların yekununa həsr olunmuş mətbuat konfransında deyib. 
O, qeyd edib ki, Türkmənistan və Azərbaycandan qazın nəqlini təmin edəcək konsorsiumun tikilməsindən öncə təbii qazın tələbi və alınacağına zəmanət verən ən yüksək səviyyədə siyasi-hüquqi sənəd imzalanmalıdır: "Regionun və neft, qaz ixrac edən ölkələrin enerji təhlükəsizliyinin təmin olunması üçün enerji resurslarının diversifikasiyasının inkişafına dəstək vermək lazımdır".
Tərəflər həmçinin regionda mövcud olan layihələrdə, o cümlədən Qara dənizdə və Xəzər dənizində ümumi maraqları əks etdirən layihələrin həyata keçirilməsinda birgə iştirak barəsində razılığa gəliblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında