Daha bir neft sazişi həyata vəsiqə aldı

Azərbaycan Respublikasının Milli Məclisi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında bp ilə ARDNŞ arasında imzalanmış yeni hasilatın pay bölgüsü sazişini ratifikasiya etmişdir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir "Şəfəq-Asiman" sturukturunun işlənməyə cəlb edilməsini nəzərdə tutan sazişin Milli Məclisdə yekdilliklə ratifikasiya olunmasını bp-nin Azərbaycanda uğurlu fəaliyyətinin qiymətləndirilməsinin və bu ölkədə uzunmüddətli öhdəliyinə olan inamın göstəricisi kimi dəyərləndirmişdir. R. Cavanşir həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlıqda işləyərək geoloji-kəşfiyyat və işlənmə sahəsindəki ikitərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını bəyan etmişdir.
Xatırladaq ki, "Şəfəq-Asiman " perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi 2010-cu ilin oktyabrında Bakı şəhərində imzalanmışdır. Hasilatın pay bölgüsünə dair sazişin müddəti 30 ildir. Sözügedən sazişə əsasən, bp Eksploreyşn (Azərbaycan) Limitid şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya malikdir. Yerdə qalan 50 faizlik iştirak payı isə sazişin digər iştirakçısı Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur.
Yeri gəlmişkən, "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşir. Adı çəkilən sturuktur təqribən 1100 kvadratkilometr ərazini əhatə edir. Onu da qeyd edək ki, blokda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmamışdir."Şəfəq-Asiman" perspektiv sturukturu dənizin dərinsulu hissəsində - suyun dərinliyinin təxminən 650-800 metr təşkil etdiyi bir ərazidə yerləşir. Burada kollektorun dərinliyi təxminən 7000 metrdir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında