"Azərbaycanda aqrar islahatlar: Tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru" kitabı çapdan çıxmışdır

Akademik Qərib Məmmədovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyinə ithaf etdiyi "Azərbaycanda aqrar islahatlar: Tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru" kitabı çapdan çıxmışdır.
Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Kitab "Müstəqilliyə qədərki dövrdə aqrar sahənin vəziyyəti", "Azərbaycanda torpaq islahatının siyasi və iqtisadi əsasları", "Azərbaycanda torpaq islahatının hüquqi məsələləri", "İlham Əliyevin Prezident kimi fəaliyyətə başlaması regionların sosial-iqtisadi inkişafının daha da yüksəlməsinə, torpaq-əkinçi münasibətlərində yeni mərhələyə yol açdı", "Azərbaycanın dövlət torpaq kadastr sistemi dünya standartlarına cavab verir", "Qanunvericilikdəki dəyişikliklər torpaq üzərində hüquqi münasibətlərin şəffaflığını təmin edir" fəsillərindən ibarətdir. Bu fəsillərdə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-82-ci illərdə gördüyü böyük işlərin nəticəsi olaraq, 1993-2003-cü illərdə Azərbaycanda dünyada bənzəri olmayan torpaq islahatlarının uğurla həyata keçirilməsindən bəhs edilir. Burada, həmçinin, həmin dövrdə imzalanmış çoxsaylı fərman, sərəncam və digər hüquqi normativ aktlar da təqdim edilir. Ulu öndərin yaratdığı hüquqi baza əsasında ölkəmizdə sosial-ədalət prinsiplərinə söykənən aqrar münasibətlərin formalaşması konkret faktlarla göstərilir, həyata keçirilən torpaq islahatlarından söhbət açılır, bu islahatların elmi-hüquqi əsasları haqqında geniş məlumat verilir, xalq arasında deyildiyi kimi, "Heydər Əliyev torpaq islahatları"nın nə qədər dərin elmi-təcrübi metodologiyaya qadir olduğu bir daha sübut edilir.
Kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər davam etdirdiyi, mahiyyət və məzmun baxımından heç də torpaq islahatından az əhəmiyyəti olmayan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "Azərbaycan Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Azərbaycan Respublikasında (2008-2015-ci illər) əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın hazırlanması və bu kimi digər dövlət əhəmiyyətli proqram və qanunların uğurla davam etdirilməsindən bəhs olunur. Müəllif ölkəmizdə iqtisadi və sosial inkişafın bundan sonra da yalnız Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı olacağını əvvəlcədən görən ümummilli liderin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına son müraciətində "Mən ona özüm qədər inanıram" deməklə ölkəmizin və xalqımızın əbədi və xoş gələcəyini cənab İlham Əliyevə etibar etdiyindən qürurla söhbət açır.
Nəşr ölkəmizin aqrar tarixi ilə maraqlanan, bu sahədə elmi tədqiqat işləri ilə aparan mütəxəssislər və elm xadimləri, o cümlədən ulu öndərin aqrar siyasəti və onun bugünkü nəticələri ilə tanış olmağı istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında