ARDNŞ "Qalmaz" qaz anbarında baş vermiş qəza ilə bağlı məlumat yayıb

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) "APA-ECONOMICS"ə verilən məlumata görə, mayın 1-də günorta saatlarında Şirkətin "Azneft" İstehsalat Birliyi Yeraltı Qaz Anbarları İdarəsinin "Qalmaz" sahəsində qəza baş verib. 
Hadisə "Qalmaz" yeraltı qazsaxlama anbarında aparılan genişləndirmə işləri zamanı baş verib. Burada köhnə işlək seperatorların yenisi ilə əvəz edilərək ləğvetmə işləri aparılarkən seperator qurğusunun daxili konstruksiyasında olan nasazlıqdan partlayış baş verib. Hadisə nəticəsində bu sahədə çalışan "Neftqaztikinti" Trestinin 5 saylı İnşaat-Quraşdırma İdarəsinin briqadiri Arif Bəşirov həlak olub, quraşdırıcı Vaqif Şəfiyev yaralanıb. Hadisənin başvermə səbəblərinin araşdırılması məqsədi ilə komissiya təşkil edilib, təhqiqat aparılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında