Dünya Bankı Azərbaycana 80 milyon dollar kredit ayırıb

Dünya Bankı Azərbaycanda Su İstifadəçiləri Assosiasiyalarının İnkişafı Layihəsinin həyata keçirilməsi üçün 80 milyon ABŞ dolları həcmində kredit ayrılmasını təsdiqləyib.
Dünya Bankının Bakı ofisindən APA-ECONOMICS-ə verilən məlumata görə, kreditin 76,8 milyon dolları Beynəlxalq İnkişaf Assosiasiyası, 3,2 milyon dolları isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılacaq.
Ümumilikdə layihənin dəyəri 114,3 milyon dollardır və qalan 34,3 milyon dollar Azərbaycan hökumətinin iştirak payıdır. Layihənin əsas məqsədi ölkədə irriqasiya sisteminin idarə edilməsinin təkmilləşdirilməsidir.
Layihə Azərbaycanda 379 su istifadəçiləri assosiasiyası, 760 min kiçik fermer təsərrüfatları yerləşən təxminən 900 min hektar ərazini əhatə edəcək. Müxtəlif treninq və idarəetmə ilə bağlı məsələlərdən başqa layihə çərçivəsində uzunluğu 3 min kilometr olan drenaj və irriqasiya kanallarının yenidən qurulması nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında