Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya iclasında 2011-ci ilin birinci rübünün yekunları müzakirə olunmuşdur

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasına ölkə başçısının Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında "Bu ilin birinci rübündə informasiya-kommunikasiya sektorunda çox böyük artım qeydə alınmışdır. Bu sektor çox dinamik inkişaf edir" fikirləri ilə başlayıb. 
Nazir ölkə başçısının Nazirlər Kabinetinin geniş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələr və gələcək perspektivlər barədə danışaraq, informasiya-kommunikasiya texnologiyalarının böyük kommersiya əhəmiyyəti daşıması, sektorun yeni gəlir mənbəyinə çevrilməsi və gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib.
2011-ci ilin I rübü ərzində sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirib ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 24,7 faiz, o cümlədən telekommunikasiya sektorunda 19,2 faiz, İT sektorunda 2,3 dəfə, informasiya sektorunda isə 1,6 dəfə təşkil edib. Eyni zamanda, İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil edib. Hesabat dövründə mobil abunəçilərin sayı 9 446 400 nəfər, əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15 ədəd, internet istifadəçilərinin sayı 50-yə bərabər olub.
Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər. Kollegiyaya yekun vuran nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq, qəbul olunmuş dövlət proqramlarının icrası, kosmik peykin orbitə çıxarılması, Azərbaycan və eyni zamanda region üçün mühüm əhəmiyyət kəsb edəcək "Trans-Avrasiya Super İnformasiya Magistralı", "Elektron-hökümət" layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi məsələlərini xüsusi olaraq qeyd edib. Nazir regional informasiya xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması, bundan başqa, əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verib.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında