Birinci rübdə Dövlət Neft Fondunun büdcə gəlirləri 3 milyard 259,6 milyon manat olmuşdur

Aprelin 19-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov 2011-ci ilin birinci rübünün yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir. 
Tədbirdə Azərbaycan iqtisadiyyatının son illər sürətlə inkişaf etdiyini diqqətə çatdıran Ş.Mövsümov DNF-in cari ilin birinci rübünün gəlir və xərcləri barədə hesabatını açıqlamışdır. Bildirmişdir ki, birinci rübdə qurumun büdcə gəlirləri 3 milyard 259,6 milyon manat, büdcə xərcləri isə 1 milyard 399,6 milyon manat təşkil etmişdir. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən gəliri 62 milyon manat olmuşdur.
Bu ilin yanvar-mart aylarında DNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 197,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 77,6 milyon manat, "Şahdəniz-1" mərhələsi üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividendlərdən 16,3 milyon manat, tranzit gəlirləri 1,7 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 milyon manat olmuşdur.
Hesabat dövründə DNF-in 2011-ci il büdcəsinin icrası çərçivəsində 1 milyard 330 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə müvafiq olaraq 39 milyon manat və 2,3 milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə DNF-dən 3,3 milyon manat vəsait ayrılmışdır. 2,2 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2011-ci ildə DNF-in idarə edilməsi ilə bağlı xərcləri 2,7 milyon manat olacaqdır.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəlirləri 423,4 milyon manat təşkil etmişdir.
2011-ci il aprelin 1-nə DNF-in aktivləri ilin əvvəlinə (22 milyard 766,8 milyon ABŞ dolları) nisbətən 13,3 faiz artaraq 25 milyard 796,9 milyon dollara bərabər olmuşdur.

{nl}

Fransalı senator Jan-Jak Hyest: 1915-ci ildə baş vermiş tarixi hadisələrə ədalətli, açıq və yalnız faktlarla təsdiqlənən qiymət verilməlidir
Fransa Senatının Konstitusiya Komissiyası qondarma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini rədd etmişdir.
Komissiya hesab edir ki, bu qanun layihəsi söz və fikir azadlığına ziddir. Bu, həm də Türkiyə-Fransa münasibətlərinin pozulmasına səbəb ola bilər.
Fransa Senatının Konstitusiya Komissiyasının üzvü Jan-Jak Hyest bu qanunun bir sıra problemlərə səbəb olacağını demişdir. Onun bu barədə hazırladığı hesabatda deyilir ki, qanun layihəsi Konstitusiyadakı "cinayət və cəzaların qanuniliyi" prinsipinə uyğun gəlmir. "Erməni soyqırımı" haqqında hüquqi qüvvəsi olan heç bir beynəlxalq sənəd və ya qərar yoxdur.
J.Hyestin sözlərinə görə, 1915-ci ildə baş vermiş tarixi hadisələrə ədalətli, açıq və yalnız faktlarla təsdiqlənən qiymət verilməlidir.
Senator Hyest xatırlatmışdır ki, Fransanın Xarici İşlər Nazirliyinin rəyinə əsasən layihə qəbul olunacağı halda, Fransa tarixdə faciələrlə üzləşmiş ölkələr qarşısında çətin vəziyyətdə qalacaq və həmin dövlətlər Fransadan bənzər qanun layihələrinin qəbulunu tələb edəcəklər. Bu, həm də Türkiyə ilə Fransa arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı sülh və sabitliyi poza bilər.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında