Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin Ankarada təsis yığıncağı olmuşdur

Ankarada Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin təsis yığıncağı keçirilmişdir. Toplantıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, səfir Faiq Bağırov və Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları iştirak etmişlər. 
Yığıncağı giriş sözü ilə açan Faiq Bağırov Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyi kimi mühüm bir təşkilatın yaradılmasının əhəmiyyətindən, dövlətimizin iş adamlarına dəstəyindən, ümummilli liderimiz Heydər Əliyevin Türkiyə və Azərbaycan əlaqələrinin inkişafında olan müstəsna rolundan və bu yeni qurumun iki ölkə arasında olan əlaqələrin inkişafına verəcəyi mühüm töhfədən bəhs etmişdir.
Sonra Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin yaradılmasının məqsədi, vəzifə və funksiyaları barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, birliyin məqsədi Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını bir yerə toplayaraq onların fəaliyyətinin əlaqələndirilməsi, yeni investisiyaların təşviq edilməsi, üzvlərin üzləşdiyi çətinliklərin həll edilməsi, dövlət qurumları ilə münasibətlərdə azərbaycanlı sahibkarların vahid orqan kimi təmsil olunmasıdır.
Toplantıda birliyin nizamnaməsi barədə ətraflı müzakirələr aparılmış və müvafiq sənəd yekdilliklə qəbul edilmişdir. Bununla yanaşı, yığıncaqda Birliyin İdarə Heyəti və Təftiş Komissiyasının tərkibi təsdiq edilmişidir. ARDNŞ-in Türkiyədəki nümayəndəliyinin rəhbəri Seymur Ağayev İdarə Heyətinin sədri seçilmişdir.
Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksələn xətt ilə inkişaf etdiyini və yaradılan birliyin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirmişdir. Nazir, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti artmış və Azərbaycan regionda aparıcı dövlətinə çevrilmişdir. Hazırda ölkə rəhbərliyinin müəyyən etdiyi strategiyaya uyğun olaraq azərbaycanlı iş adamları xarici ölkələrə sərmayələr yatırır, Azərbaycan biznesinin genişlənməsinə, ölkəmizin iqtisadi gücünün daha da artmasına xidmət edirlər. Bu baxımdan, Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyinin yaradılması təsadüfi deyildir.
Ş.Mustafayev bildirmişdir ki, hazırda Türkiyədə minlərlə azərbaycanlı sahibkarın fəaliyyət göstərməsi, xarici sərmayəli müəssisələrə yatırılmış investisiyalara görə Azərbaycanın aparıcı yer tutması məhz dövlətimizin artan iqtisadi qüdrətinin əyani nümunəsidir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında