Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir

Aprelin 12-də Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası olmuşdur. 
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycanda dinamik inkişafa nail olunmuş, sahibkarlıq fəaliyyəti genişlənmiş, əlverişli investisiya və biznes mühiti yaradılmışdır. Azərbaycanda xarici ölkələrlə, o cümlədən İordaniya ilə əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin İordaniya Haşimilər Krallığına, İordaniya Kralı II Abdullahın Azərbaycana səfərləri, keçirilmiş görüşlər ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması da ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətlidir.
İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri Hani Əl-Mülki ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulamış və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu demişdir.
İclasda Azərbaycan və İordaniya arasında ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, gömrük, nəqliyyat, mədəniyyət və turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.
Sonra Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır.
Sənədi komissiyanın həmsədrləri Şahin Mustafayev və Hani Əl-Mülki imzalamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında