Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası: Bu ilin sonuna şərab ixracı iki dəfə arta bilər

Azərbaycan ilin sonuna qədər şərab ixracını iki dəfə artıra bilər. 2018-ci ilin sonuna biz şərab ixracının 100 faizlik artımını gözləyirik. Bu fikirləri Trend-ə açıqlamasında  Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov bildirib. Onun sözlərinə görə,  2018-ci ilin birinci yarısında Azərbaycan şərab məhsullarının ixracı 4 milyon dolları keçib, bu da 2017-ci ilin eyni dövrünün götəricisindən 80 faiz çoxdur.

Elçin Mədətovun sözlərinə görə, Azərbaycan şərabının ixracının əsas istiqamətləri Rusiya (85 faiz), Çin (7 faiz), Avropa, Belarus və Qırğızıstandır: "Orta hesabla illik şərab istehsalı təxminən 14 milyon butulka  gözlənilir, onun 5 milyonu ixrac üçün, qalan 9 milyonu isə daxili bazar üçün nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə 2025-ci il üçün şərab ixracını 5 dəfə artırmaq planlaşdırılır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, alkoqollu, alkoqolsuz içkilərin, həmçinin şərab sirkətinin ixracı 2018-ci ilin yanvar-iyun aylarında 7 161 660 dollar təşkil edib, bu da 2017-ci ilin eyni dövrü ilə müqaisədə 36,44 faiz azdır. Qeyd olunan məhsulların idxalı isə 35 835 160 dollar təşkil edib, bu da 2017-ci ilin dövrü ilə müqaisədə 17,92 faiz çoxdur.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında