İlin birinci yarısında 14,1 mindən çox təsərrüfat subyekti qeydiyyatdan keçib

Cari ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin sayı 14 min 161 olub. 18 min 92 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən verilən məlumata görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergiödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artıb. Yarım ildə vergiödəyicilərinin qeydiyyat prosedurlarının təkmilləşdirilməsi və vergi inzibatçılığı proseslərinin sadələşdirilməsi üçün yerli investisiyalı MMC-lərin elektron qeydiyyatında istifadə olunan proqram təminatında da bir sıra dəyişikliklər aparılıb.

Bundan əlavə, istifadəçilərə yerli investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı proseduru çərçivəsində ƏDV məqsədləri üçün qeydiyyat və bank hesabı açmaq üçün şəhadətnamə-dublikat alınması barədə ərizələrin təqdim edilməsi və iş tipli sertifikatın əldə edilməsi imkanları yaradılıb. Yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı 3 dildə məlumat hazırlanaraq Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilib.

İlin birinci yarısında vergiödəyicilərinin qeydiyyatı və uçotu sahəsində də müsbət dəyişikliklər müşahidə edilib. Belə ki, qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı 40,6 mindən, fəaliyyətini bərpa etmiş vergiödəyicilərinin sayı isə 47,7 mindən çox olub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında