Hərracda 12 dövlət əmlakına 17 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 24-də keçirilən hərracda vətəndaşlar tərəfindən 12 dövlət əmlakına 17 sifariş verilib.

ƏMDK-dan bildirilib ki, elektron hərrac sistemi investorların vaxtına qənaəti təmin edir və onların onlayn formada müraciət etməsinə şərait yaradır. Budəfəki hərracda da bu üstünlüklərdən 2 nəfər istifadə edərək, elektron formada sifariş verib.

Komitə tərəfindən investorlar üçün yüksək əlçatan mühitdə hərracların təşkil olunması vətəndaş rahatlığına və şəffaflığın təminatına yönəlib. Ərazi, qiymət, ümumi faydalı sahə üzrə fərqli kateqoriyalı dövlət əmlaklarının özəlləşdirməyə çıxarılması, prosedurların elektron mühitə keçməsi sərmayəçilərin bu sahəyə marağını artırır. Müasir texnoloji yeniliklərin tətbiqi ilə reallaşan hərraclarda satılan dövlət əmlakları ölkədə müxtəlif biznes sahələrini inkişaf etdirməklə bərabər, yeni sahibkarlıq obyektlərinin yaranması üçün imkanlar yaradır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında